Aramsız yağan yağışlar nəticəsində Sumqayıt şəhərinin Niyazi küçəsində, su borularının keçdiyi hissədə yol çöküb.
Qeyd edək ki, sözügedən istiqamət Bakıya hərəkət edən sürücülər tərəfindən ən intensiv istifadə olunan yollardan biridir.
Təmir işlərinin nə vaxt başa çatacağını dəqiqləşdirmək üçün İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən Bakupost.az -a bildirildi ki, ərazidə magistral tullantı su xəttinin dəyişdirilməsi və yenilənməsi istiqamətində tikinti-quruculuq işləri icra olunur:
“İşlər müntəzəm davam etdirilir və yaxın vaxtlarda yekunlaşdırılacaq. Məqsəd dayanıqlı infrastuktur yenilənməsi olduğu üçün bu işlərin görülməsi zəruridir”.













