Sumqayıt bulvarı yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumatlara görə, saat 19:30 radələrində yolu keçmək istəyən iki piyadanı – gənc oğlanı “BYD” markalı minik avtomobili vurub. Zərbənin gücündən piyadalar ağır xəsarətlər alıblar.
NOCOMMENT.az xəbər verir ki, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyətinin son dərəcə ağır olduğu və reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir. Digər yaralının vəziyyəti isə həkimlər tərəfindən orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır, qəzanın dəqiq səbəbləri müəyyənləşdirilir.













