Çərşənbə axşamı, Sentyabr 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Kombi dövrü sona çatır? – Nazirlər Kabineti qərar verib

25/05/2026 10:03
CƏMİYYƏT
811 34
Kombi dövrü sona çatır? – Nazirlər Kabineti qərar verib
699
Paylaşım sayı
971
Baxış sayı

Nazirlər Kabineti “Çoxmənzilli yaşayış binaları layihələndirilərkən hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına icazə verilən hallar”ı təsdiq edib. Belə ki, çoxmənzilli yaşayış binalarında mənzillər üzrə fərdi istilik sistemlərinin quraşdırılmasına yalnız müəyyən hallarda icazə veriləcək. Bu hallar binanın azmərtəbəli (5 mərtəbəyədək) olması, yerləşdiyi ərazidə qaz təchizatının nəzərdə tutulmaması, eləcə də istilik təchizatının fərdi qaydada bərpa olunan enerji mənbələri hesabına təmin edilməsi hallarını əhatə edir.

Qərara əsasən, bu sistemlər yalnız müəyyən hallarda, o cümlədən 5 mərtəbəyədək binalarda layihələndirilə biləcək. Halbuki son illərdə tikilən yeni yaşayış binalarının əksəriyyətində fərdi istilik sistemi kimi kombi nəzərdə tutulur.
Qərar kombi sistemi olan mövcud və planlaşdırılan binalara necə təsir edəcək, ümumilikdə yeni tikinti və mənzil bazarında hansı dəyişikliklərə səbəb ola bilər?
Gündəm24.az  xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyir ki, bu tələblər yalnız bundan sonra layihələndiriləcək yeni binalara şamil olunur: “Hüquqi baxımdan hər hansı normativ aktın geriyə qüvvəsi yoxdur. Nazirlər Kabinetinin qərarında da açıq şəkildə göstərilir ki, yeni tikililər artıq yeni normativlərə uyğun layihələndirilməlidir. Mövcud binalarda fərdi istilik sistemləri istifadədə qalacaq. Lakin yeni qaydalara əsasən bəzi binalarda fərdi sistemlərin tətbiqi üçün texniki imkanlar məhdud ola və ya ümumiyyətlə nəzərdə tutulmaya bilər. Bu halda yeni binalarda mərkəzləşdirilmiş istilik və digər alternativ sistemlər layihə mərhələsində nəzərdə tutulmalıdır”.
Bu dəyişikliklərin mənzil bazarına və qiymətlərə təsirinə gəldikdə isə, ekspert bildirir ki, ilk növbədə tikinti xərclərinin artması amili var: “Çünki mərkəzləşdirilmiş istilik sistemləri əlavə infrastruktur tələb edir. Buraya həm idarəetmə xərcləri, həm qazanxananın saxlanılması, həm də texniki xidmət xərcləri daxildir. Əvvəllər kombi sistemlərində vətəndaş yalnız istifadə etdiyi qədər xərc ödəyirdi. Yeni sistemdə isə daimi xidmət, idarəetmə və texniki baxım xərcləri formalaşa bilər. Əgər bina düzgün izolyasiya olunmayıbsa və enerji səmərəliliyi aşağıdırsa, aylıq xərclər daha da arta bilər ki, bu da sakinlər üçün əlavə maliyyə yükü yaradacaq. Digər tərəfdən, yeni normativlərə uyğun tikilən binalar daha təhlükəsiz və texniki baxımdan daha müasir olacaq. Xüsusilə qaz təhlükəsizliyi baxımından mərkəzləşdirilmiş sistemlərin üstünlükləri var”.
V.Orucun sözlərinə görə, uzunmüddətli perspektivdə bu dəyişikliklər daha komfortlu və təhlükəsiz yaşayış şəraiti yarada bilər. Lakin qısa müddətdə mənzil qiymətlərinin və yaşayış xərclərinin artması ehtimalı var: “Ümumilikdə, şəhər yaşayışında əvvəlki daha ucuz model tədricən dəyişir və daha çox xidmət əsaslı, daha bahalı, amma eyni zamanda daha təhlükəsiz və komfortlu yaşayış modelinə keçid baş verir. Yeni qaydalar yeni layihələrdə və tikililərdə həm layihələndirmə, həm də tikinti yanaşmasını dəyişəcək. Bu, prinsip etibarilə daha komfortlu, daha təhlükəsiz və binaların görünüşü baxımından müasir standartlara uyğun tikililərin inşasını təşviq edən yanaşmadır. Eyni zamanda bu model vətəndaşların təhlükəsizliyinin daha yaxşı təmin olunmasına, vahid mərkəzdən istismar xidmətlərinin göstərilməsinə və digər kommunal ehtiyacların daha sistemli şəkildə qarşılanmasına imkan yaradacaq. Bu isə faktiki olaraq binaların peşəkar idarəetmə sisteminin formalaşması deməkdir. Əgər gələcəkdə binaların idarə olunması ilə məşğul olan ayrıca peşəkar şirkətlər və ya idarəetmə strukturları formalaşarsa, bu, ümumilikdə şəhərsalmada yeni yanaşmanın bir hissəsinə çevriləcək. Bu model daha çox müasir urbanizasiya prinsiplərinə əsaslanır. Bu dəyişikliklər bazarda da ciddi transformasiya yaradacaq. Çünki zaman keçdikcə köhnə tikililər söküləcək və onların yerində yeni normativlər əsasında inşa edilən binalar tikiləcək. Bu gün müasir hesab etdiyimiz bəzi yeni tikililər də gələcəkdə köhnə fonda çevriləcək. Onların yerini isə artıq daha yüksək standartlara cavab verən, yeni layihələndirmə prinsipləri ilə tikilən və A, B, C enerji səmərəliliyi pasportlarına malik binalar tutacaq. Yəni bazar mərhələli şəkildə yenilənəcək və alıcı seçimi getdikcə daha çox enerji səmərəliliyi, təhlükəsizlik, idarəetmə keyfiyyəti və yaşayış komfortu kimi meyarlar üzərində formalaşacaq”.
İnşaat eksperti Elnur Azadov deyir ki, bu qərarın qəbul edilməsinin arxasında bir neçə əsas səbəb dayanır və məsələni yalnız mənzil bazarı prizmasından qiymətləndirmək düzgün olmaz: “Burada alternativ enerji və daha səmərəli istilik həllərinə keçid məsələsi də var. Əsas səbəblərdən biri ekoloji amillərlə bağlıdır. Fərdi qaz sistemlərinin geniş yayılması qaz emissiyalarını artırır və bu da xüsusilə iri şəhərlərdə ekoloji yük yaradır. Dövlətin daha ekoloji şəhər mühiti formalaşdırmaq istiqamətində hədəfləri var”.
İnşaat mütəxəssisi vurğulayır ki, ikinci məsələ təhlükəsizliklə bağlıdır: “Keyfiyyətsiz quraşdırılmış fərdi istilik sistemləri bəzi hallarda qaz sızması, partlayış və digər təhlükəli hallara səbəb olur. Bu baxımdan mərkəzləşdirilmiş və daha nəzarətli sistemlər riskləri azaltmağa hesablanıb. Digər mühüm məsələ isə mərkəzləşdirilmiş qazanxana sistemlərinin inkişaf etdirilməsi ilə bağlıdır. Son illərdə bu istiqamətdə müxtəlif müzakirələr aparılırdı və nəticə etibarilə qərar verildi ki, gələcəkdə yeni tikilən binaların bu sistemlərə inteqrasiyası daha geniş tətbiq olunsun. Bununla yanaşı, binaların enerji səmərəliliyinin artırılması istiqamətində də işlər görülür. Yeni tikililərdə izolyasiya standartlarının gücləndirilməsi, enerji sərfiyyatının azaldılması və daha effektiv resurs istifadəsi əsas prioritetlərdən biridir”.
Həmsöhbətimizin sözlərinə görə, gələcəkdə enerji effektivliyi ilə bağlı daha sərt qanunvericilik tələblərinin tətbiqi də mümkündür. Bu çərçivədə binalara enerji siniflərinin verilməsi nəzərdə tutula bilər: “Belə bir sistem formalaşarsa, yüksək enerji sinfinə malik binalar bazarda daha cəlbedici olacaq və hətta gələcəkdə onların kommunal xərclər baxımından da müəyyən üstünlüklər əldə etməsi mümkündür. Yəni bu qərar yalnız istilik sistemlərinin dəyişdirilməsi deyil, daha geniş şəkildə şəhərsalma, enerji səmərəliliyi, təhlükəsizlik və ekologiya siyasətinin bir hissəsi kimi qiymətləndirilməlidir”. (“Kaspi” qəzeti)

Oxşarxəbərlər

Dərmanı baha satan “Azəri Med”ə PROTOKOL YAZILDI
CƏMİYYƏT

Dərmanı baha satan “Azəri Med”ə PROTOKOL YAZILDI

22/09/2026 17:15
955
“Xruşşovka”lar SÖKÜLƏCƏK? – Son vəziyyət AÇIQLANDI
CƏMİYYƏT

“Xruşşovka”lar SÖKÜLƏCƏK? – Son vəziyyət AÇIQLANDI

22/09/2026 16:58
956
Bu avtobuslar sabahdan “Avtovağzal”da da dayanacaq – Siyahı
CƏMİYYƏT

Bu avtobuslar sabahdan “Avtovağzal”da da dayanacaq – Siyahı

22/09/2026 16:45
957
Şagirdin geyiminə artıq valideyn də “cavabdehdir” – Qərarın GİZLİ DETALI
CƏMİYYƏT

Şagirdin geyiminə artıq valideyn də “cavabdehdir” – Qərarın GİZLİ DETALI

22/09/2026 16:22
969
“Xocəsən” və “Avtovağzal” metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq
CƏMİYYƏT

“Xocəsən” və “Avtovağzal” metrostansiyalarına giriş müvəqqəti pulsuz olacaq

22/09/2026 15:57
978
Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı
CƏMİYYƏT

Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı

22/09/2026 15:38
963

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var – VİDEO

Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var – VİDEO

22/09/2026 18:35
1k
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı – “Şir həmişə şirdir” (VİDEO)

Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı – “Şir həmişə şirdir” (VİDEO)

22/09/2026 18:32
981
Rəsmi Bakı Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır – BƏYANAT

Rəsmi Bakı Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır – BƏYANAT

22/09/2026 18:28
963
Azərbaycanda bu müğənniyə efir qadağası qoyuldu — SƏBƏB

Azərbaycanda bu müğənniyə efir qadağası qoyuldu — SƏBƏB

22/09/2026 18:28
970

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
965

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
963

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
961

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.