“Azərbaycan iqtisadi və sosial sahələrdə böyük uğurlar əldə edib, dünya arenasında layiqli hörmət qazanıb”.
Gündəm24.az xəbər verir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə məktubunda qeyd edib.
Rusiya lideri bildirib ki, Moskva Bakı ilə əlaqələrə xüsusi önəm verir.
“Biz Bakı ilə dostluq və müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət veririk”, – Putin vurğulayıb./globalinfo














