Rusiya-Ukrayna müharibəsinin yaratdığı təhlükəsizlik narahatlıqları Baltikyanı ölkələrdə yeni tendensiya formalaşdırıb. Belə ki, bu ölkələr Ukraynaya qeyri-adi təkliflə müraciət edərək bomba sığınacaqları almaqda maraqlı olduqlarını bildiriblər.
Gündəm24.az xəbər verir ki, bu barədə “Politico” nəşrinə müsahibəsində Ukraynanın aparıcı müdafiə şirkətlərindən birinin rəhbəri İqor Fedırko danışıb.
“Bəli, bu doğrudur. Bunlar böyük ölkələr deyil. Onlar mümkün Rusiya aqressiyasına qarşı ən yaxşı həll yollarını tapmağa çalışırlar”, – deyə o, bildirib.
Fedırkonun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Baltikyanı ölkələrdə zirzəmi və sığınacaq tipli məkanlara tələbat da əhəmiyyətli dərəcədə artıb.
Eyni zamanda, adı açıqlanmayan Litva Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, Vilnüs Avropa İttifaqı proqramı çərçivəsində Ukraynada bomba sığınacaqlarının tikintisinə dəstək verir./konkret.az














