“Ermənistan o qədər varlı olacaq ki, qaz qiymətləri bizə yüksək görünməyəcək”.
Gündəm24.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Qarni şəhərində seçkiqabağı aksiyada çıxışı zamanı söyləyib.
“Ermənistanı yüksək qiymətlərlə hədələmək məntiqsizdir, çünki yüksək qiymət hədələrinə cavab var: bizim o qədər çox pulumuz olacaq ki, bu bizə bahalı görünməyəcək”, – hökumət başçısı deyib.
Xatırladaq ki, daha əvvəl Rusiyanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova İrəvanın Avropa İttifaqına (Aİ) üzvlük kursunu davam etdirəcəyi təqdirdə, Moskvanın qaz və neft məhsullarının tədarükünə dair sazişi dayandırmağa və ya birtərəfli qaydada ləğv etməyə hazır olduğunu bildirmişdi. (qafqazinfo)













