Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

KREMLİN AZƏRBAYCAN MESAJI GÜNDƏM OLDU – EKSPERTLƏRDƏN DİQQƏTÇƏKƏN ŞƏRH

27/05/2026 20:33
CƏMİYYƏT, Siyasət
823 17
KREMLİN AZƏRBAYCAN MESAJI GÜNDƏM OLDU – EKSPERTLƏRDƏN DİQQƏTÇƏKƏN ŞƏRH
695
Paylaşım sayı
965
Baxış sayı

Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov rəsmi Bakı ilə Moskva arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərən çox mühüm bir bəyanatla çıxış edib. Səfir iyun ayında keçirilməsi planlaşdırılan Rusiya-Azərbaycan parlamentlərarası görüşünün təkcə paytaxt Bakıda deyil, həm də işğaldan azad edilmiş, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində baş tuta biləcəyini açıqlayıb.

 

Mixail Yevdokimovun açıqlamasının mahiyyəti nədir?

Oxu24.com xəbər verir ki, Səfirin bu açıqlaması sıradan bir regional səfər xəbəri deyil, dərin siyasi və diplomatik izahı olan bir addımdır. Rusiya kimi qlobal bir gücün və ATƏT-in keçmiş Minsk qrupunun həmsədr dövlətinin parlament nümayəndə heyətini Şuşaya göndərmək təşəbbüsü, Moskvanın Qarabağ məsələsinə baxışında nöqtəni qoyduğunu göstərir. Bu, Rusiyanın rəsmi səviyyədə Qarabağ üzərində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı olaraq, heç bir ikili standart olmadan qəbul etməsinin praktik təsdiqidir. Eyni zamanda, bu addım uzun illər Qarabağa səfər etməkdən imtina edən digər qərb dövlətlərinə və onların səfirliklərinə qarşı çox ciddi bir diplomatik demarşdır.

 

Mövzu ilə bağlı Oxu24.com-a danışan politoloqlar Turab Rzayev və Məhəmməd Əsədullazadə mühüm məqamlara toxunublar.

 

Politoloq Turab Rzayev: “Rusiya rəhbərliyində Azərbaycanın suverenliyi ilə bağlı şübhə qalmayıb”

Görüşün Şuşada keçirilməsi ideyasını yüksək qiymətləndirən politoloq Turab Rzayev bildirib ki, bu addım uzun illər Qarabağı görməzdən gələnlərə ciddi siqnaldır:

“Düşünürəm ki, bu çox gözəl ideyadır. Faktiki olaraq uzun müddətdir ki, Qarabağ ərazisi bilərək və ya bilməyərək bəzi dövlətlər tərəfindən diqqətdən kənarda saxlanılırdı. Azərbaycanın bu regionlara təşkil etdiyi səfərlər, o regionlarda olan fransızlar, görüşlər və s. bəzi ölkə səfirlərini qatılmağa imtina elətdirirdilər. Bəziləri ümumiyyətlə Qarabağa qatılmaqdan imtina edirdi”.

 

T. Rzayev vurğulayır ki, Rusiyanın indiki təklifi bu mənfi tendensiyanı tamamilə qırır və Moskvada artıq heç bir ikili yanaşma yoxdur:

“Amma indiki belə bir təklif varsa, xüsusilə Şuşada baş tuta bilərsə, bu çox yüksək qiymətləndirilməlidir. Rusiya dövlətində, rəhbərliyində Azərbaycanın ərazi bütövlüyü ilə, Qarabağ üzərində Azərbaycanın suverenliyi ilə bağlı hər hansı bir şübhə yerinin, hər hansı bir ikili düşüncənin qalmadığının ifadəsi olardı və bizim üçün çox müsbət bir hal olardı. Düşünürəm ki, uğurlu seçimdir, uğurlu versiyadır”.

 

Görüşün çox böyük tarixi və siyasi əhəmiyyəti olsa da, politoloq Turab Rzayev çıxışının davamında regional arenada, xüsusilə Ermənistandakı daxili siyasi proseslər və seçkilər fonunda yaranacaq həssas məqamlara toxunub:

“Amma digər tərəfdən, bu görüşün Ermənistanla seçkilər ərəfəsində keçirilməsi belə bir fikir ehtiva edə bilər ki, Rusiya həm də bu seçkilər dövründə hansısa şəkildə Ermənistana təzyiqi və Ermənistan daxilində Paşinyana müxalif qüvvələrin, revanşist qüvvələrin bir pas ötürə bilər. Onların Paşinyan hakimiyyətini tənqid etmək üçün əllərinə əlavə fürsət verilməsi kimi də başa düşülə bilər. Ona görə düşünürəm ki, bu məsələ ilə bağlı Azərbaycan dövləti düşünüb, diqqətli şəkildə qərar verəcək”.

 

Ekspert yekun olaraq qeyd edib ki, rəsmi Bakı bu prosesi öz milli maraqlarına tam uyğun şəkildə idarə edəcək və Azərbaycanın suverenliyi birmənalı təsdiqlənəcək:

“Və bu şəkildə həyata keçiriləcək ki, həm Azərbaycanın ərazi bütövlüyü, Azərbaycanın ərazi bütövlüyünün tanınması, Azərbaycanın Qarabağ üzərində suverenliyi Rusiya tərəfindən birmənalı şəkildə təsdiqi kimi görünsün, əlavə şübhə yeri qalmayacaq şəkildə həyata keçirilsin. Digər tərəfdən də bu məsələ Ermənistan daxili siyasətində də Azərbaycan mənafeləri ziddinə istifadə oluna bilməsin”.

 

Əİki əsr bizə qarşı istifadə olunan amil indi tamamilə dəyişir”

 

Mövzu ilə bağlı fikirlərini bölüşən digər ekspertimiz, politoloq Məhəmməd Əsədullazadə isə açıqlamasına xoş bir qeydlə başlayaraq məsələnin həm parlamentlərarası əlaqələrə təsirindən, həm də Rusiya siyasətindəki tarixi dönüşdən söz açdı:

“Azərbaycanla Rusiya arasında parlamentlərarası əlaqələr davam edir və parlament nümayəndələrinin Şuşada da görüş keçirilməsi iki ölkə arasında, parlamentlərarası münasibətlərin inkişafına mühüm təkan verəcək. Və bundan əlavə, işğaldan azad olunmuş ərazidə, xüsusilə Şuşada keçirilməsi bir daha Rusiyanın artıq bu məsələ ilə bağlı vahid mövqeyinin rəsmi şəkildə təsdiq olunmasıdır. Yəni, Rusiyada daima Qarabağ məsələsi gündəmə gətirilir, amma Şuşada artıq belə bir parlamentlərarasş nümayəndələrin iclasş keçirilərsə bir daha Rusiya bu məsələni gündəmə gətirməyəcək. Çünki əgər belə bir iclas Şuşada baş tutarsa, bu, Rusiyanın rəsmi mövqeyinə uyğun olacaq. Çünki rəsmi mövqe Qarabağın Azərbaycan ərazisi kimi tanınmasıdır”.

 

M. Əsədullazadə Rusiyanın bu addımla öz köhnə siyasətinə əsaslı şəkildə düzəliş etməli olduğunu vurğulayaraq çıxışını bu sözlərlə tamamlayıb:

“Bu Cənubi Qafqazda yeni bir siyasi proses kimi də dəyərləndirilə bilər. Çünki iki əsr Rusiya ermənilərin əli ilə məhz Qarabağdan Azərbaycana qarşı istifadə edib. İndi artıq Rusiya tərəfi də təsdiq edir ki, Qarabağ Azərbaycandır. Və Rusiyanın parlamentariləri də gəlməlidirlər, yaxından görməlidirlər bu məsələləri.

Və onlar da Dumada, parlamentlərində, Azərbaycan əleyhinə, ümumiyyətlə Qarabağ məsələsi ilə də bağlı mövqeylərinə də tamamilə düzəliş etməlidirlər. Mən hesab edirəm ki, bu, çox uğurlu variantdır və keçirilməsi məqbuldur”.

 

Ekspertlərimizin şərhlərindən aydın görünür ki, Rusiya parlamentarilərinin Şuşaya planlaşdırılan səfəri sadəcə iki ölkə arasında növbəti bir görüş deyil. Bu, Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallığın Moskva tərəfindən tam rəsmiləşdirilməsi və iki əsrlik siyasətin dəyişməsidir. Azərbaycan dövlətinin yürütdüyü ağıllı və həssas diplomatiya sayəsində bu addım həm ölkəmizin suverenliyini möhkəmləndirir, həm də regional təxribatların qarşısını alır.

 

Oxşarxəbərlər

Rusiya mane olmaq istədi, Heydər Əliyev xalqa səsləndi – Ölkənin taleyini dəyişən hadisə
Manşet

Rusiya mane olmaq istədi, Heydər Əliyev xalqa səsləndi – Ölkənin taleyini dəyişən hadisə

21/09/2026 17:00
965
Erməni müxalifət yenə Azərbaycanla qorxudur
Manşet

Erməni müxalifət yenə Azərbaycanla qorxudur

21/09/2026 16:48
957
Qarabağda icra hakimiyyətləri ləğv edilə bilər – AÇIQLAMA
CƏMİYYƏT

Qarabağda icra hakimiyyətləri ləğv edilə bilər – AÇIQLAMA

21/09/2026 16:47
965
İlham Əliyev sərəncam imzaladı
Manşet

İlham Əliyev sərəncam imzaladı

21/09/2026 16:38
970
İrəvandan Azərbaycanla delimitasiya AÇIQLAMASI
Manşet

İrəvandan Azərbaycanla delimitasiya AÇIQLAMASI

21/09/2026 16:02
970
Kredit kartı borcunu ödəyə bilməyənlərin DİQQƏTİNƏ – Mühüm AÇIQLAMA
CƏMİYYƏT

Kredit kartı borcunu ödəyə bilməyənlərin DİQQƏTİNƏ – Mühüm AÇIQLAMA

21/09/2026 15:50
962

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

5 yaşlı uşağı olanların nəzərinə

5 yaşlı uşağı olanların nəzərinə

21/09/2026 17:25
960
3 bürc üçün şanslı həftə

3 bürc üçün şanslı həftə

21/09/2026 17:07
964
Rusiya mane olmaq istədi, Heydər Əliyev xalqa səsləndi – Ölkənin taleyini dəyişən hadisə

Rusiya mane olmaq istədi, Heydər Əliyev xalqa səsləndi – Ölkənin taleyini dəyişən hadisə

21/09/2026 17:00
965
SON DƏQİQƏ: Ramil Vəlibəyov İŞDƏN ÇIXARILDI

SON DƏQİQƏ: Ramil Vəlibəyov İŞDƏN ÇIXARILDI

21/09/2026 16:51
962

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
962

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
964

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.