Naxçıvanda müğənni Rəqsanə İsmayılovanın iştirakı ilə konsert proqramı təşkil olunub. Sənətçinin çıxışı yerli sakinlər arasında kütləvi marağa səbəb olub.
Gündəm24.az xəbər verir ki, Naxçıvan şəhərində baş tutan açıq hava konsertində böyük insan sıxlığı qeydə alınıb. Yayılan məlumatlara və yerli mənbələrin bildirdiyinə görə, müğənninin ifasını canlı izləmək üçün əraziyə 10 min nəfərə yaxın insan toplanıb.
Konsert zamanı meydanda yaranan izdiham səbəbindən ərazidə hərəkət məhdudlaşıb. İfaçı daxili repertuarından olan mahnıları səsləndirib və Naxçıvan sakinlərinə göstərdikləri diqqətə görə təşəkkür edib.














