Cəlilabad rayonunda faciəvi hadisə baş verib.
Gündəm24.az xəbər verir ki, 19 yaşlı gənc torpaq sürşməsinin qurbanı olub.
Belə ki, 2007-ci il təvəllüdlü Abbasov Elşad Cəlal oğlu Cəlilabad rayonunun Privolnoye kəndi ərazisində yerləşən bənddə 4 dostu ilə birlikdə çimməyə gedib. Sahil hissədə baş verən qəfil torpaq sürüşməsi nəticəsində yeniyetmə suya düşüb və güclü axın səbəbindən çətin anlar yaşayıb.
Hadisə yerində olan dostları onu xilas etməyə çalışsalar da, bu, mümkün olmayıb. Daha sonra əraziyə cəlb olunan kənar şəxslərin köməyi ilə onun cansız bədəni sudan çıxarılıb.
Məlumata görə, mərhum ailənin üç övladından biri olub və Göytəpə Peşə Liseyində təhsil alırmış.
Faktla bağlı araşdırma aparılır.

















