Cümə, İyul 17, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

“Tramp Yolu” Azərbaycana bunları verəcək — ŞAD XƏBƏR

29/05/2026 16:09
Dünya
44 2
“Tramp Yolu” Azərbaycana bunları verəcək — ŞAD XƏBƏR
58
Baxış sayı

Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar regionun logistik xəritəsini yenidən cızır. Xüsusilə ABŞ Prezidenti Donald Trampın Ermənistan baş naziri Nikol Paşinyana seçkiqabağı dəstək bəyanatlarında səsləndirdiyi fikirlər və Zəngəzur dəhlizinin beynəlxalq miqyasda “Beynəlxalq Sülh və Rifaha Doğru Tramp Yolu” (TRIPP) layihəsi kimi təqdim olunması diqqəti yenidən Azərbaycanın üzərinə çəkir. 

Gündəm24.az xəbər verir ki, mövzu ilə bağlı politoloq Tural İrfan Oxu24.com-a açıqlamasında qeyd edir ki, ABŞ enerji nəhənglərinin Orta Asiyadan birbaşa çıxışını hədəfləyən bu layihə Azərbaycanın strateji əhəmiyyətini birmənalı olaraq ən yüksək səviyyəyə qaldırır.

Bəs bu qlobal layihə Azərbaycanın mövqeyini konkret olaraq hansı istiqamətlərdə gücləndirir?

Politoloq bildirir ki, Donald Trampın açıqlamasında ən mühüm məqam Amerika enerji şirkətlərinin Mərkəzi Asiya resurslarına çıxışının təmin edilməsidir. “Coğrafi mövqeyə nəzər salsaq, bu resursların Xəzər dənizi üzərindən Qərbə, oradan isə qlobal bazarlara daşınması üçün yeganə təhlükəsiz və rentabelli quru marşrutu məhz Azərbaycandır. Zəngəzur dəhlizi (“Tramp Yolu”) vasitəsilə Mərkəzi Asiya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə inteqrasiya olunur. Bu isə o deməkdir ki, Azərbaycan sadəcə regional oyunçu deyil, qlobal enerji təhlükəsizliyinin əsas tranzit qovşağına çevrilir”.

Onun sözlərinə görə, Azərbaycan 2020-ci ildən bəri Zəngəzur dəhlizinin açılmasını regional sülhün və iqtisadi inteqrasiyanın əsas şərti kimi irəli sürürdü:

“Layihənin ABŞ tərəfindən rəsmən dəstəklənməsi və Vaşinqtonun vasitəçiliyi ilə sülh sazişinin mühüm komponentinə çevrilməsi Bakının uzunmüddətli diplomatik uğurudur. İdeyaya qarşı çıxan regional qüvvələrin (məsələn, İran və Fransa) təzyiqləri qarşısında ABŞ-ın bu dəhlizə qlobal iqtisadi və siyasi zəmanət verməsi Azərbaycanın həm təhlükəsizliyini, həm də toxunulmazlığını artırır”.

T.İrfan vurğulayır ki, Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün sadəcə xarici investisiya demək deyil. Bu həm də ölkənin əsas hissəsinin Naxçıvan Muxtar Respublikası ilə, eləcə də qardaş Türkiyə ilə birbaşa və maneəsiz quru nəqliyyat xəttinin bərpasıdır. Bu reallıq bütövlükdə Türk dünyasının coğrafi və iqtisadi baxımdan birləşməsini təmin edir ki, burada da moderator rolunu birbaşa Azərbaycan öz üzərinə götürür:

“ABŞ-nin layihədə eksklüziv iqtisadi maraqlarının olması bölgəyə milyardlarla dollar həcmində yeni investisiyaların axınını stimullaşdıracaq. Bu isə Cənubi Qafqazda birtərəfli hərbi-siyasi təsir cəhdlərini iqtisadi maraqların balansı ilə əvəzləyir”.

Politoloq həmçinin, onu da əlavə edib ki, Donald Trampın bəyan etdiyi “Beynəlxalq Sülh və Rifaha Doğru Tramp Yolu” əslində Azərbaycanın illərdir apardığı strateji və prinsipial siyasətin qlobal miqyasda qəbul olunmasının bariz nümunəsidir. Ermənistanın bu layihəyə razılıq verməsi və ABŞ-ın prosesə birbaşa rəhbərlik etməsi regionu müharibə ritorikasından tamamilə çıxararaq böyük iqtisadi inkişaf mərhələsinə daşıyır:

“Bu böyük geosiyasi və iqtisadi tənlikdə əsas rolu oynayan, təşəbbüskar qismində çıxış edən Azərbaycan öz strateji çəkisini daha da möhkəmləndirir və bölgənin əvəzedilməz güc mərkəzi olduğunu bir daha sübut edir”.

Oxşarxəbərlər

SON DƏQİQƏ! İrana hücuma keçdilər
Dünya

SON DƏQİQƏ! İrana hücuma keçdilər

16/07/2026 23:09
53
Dubayın mərkəzində PARTLAYIŞ
Dünya

Dubayın mərkəzində PARTLAYIŞ

16/07/2026 21:14
52
TƏCİLİ! İran Trampın hotellərinə zərbə endirməyə hazırlaşır
Dünya

TƏCİLİ! İran Trampın hotellərinə zərbə endirməyə hazırlaşır

16/07/2026 19:08
56
İran Küveyti dronla vurdu
Dünya

İran Küveyti dronla vurdu

16/07/2026 15:50
57
ABŞ-dən şok təyinat:Zəngəzur dəhlizində tikinti aparacaq şirkətin rəhbəri KİM OLDU?
Dünya

ABŞ-dən şok təyinat:Zəngəzur dəhlizində tikinti aparacaq şirkətin rəhbəri KİM OLDU?

16/07/2026 13:27
54
Uşaq evində dəhşətli yanğın:ÖLƏNLƏR VAR- bu ölkədə
Dünya

Uşaq evində dəhşətli yanğın:ÖLƏNLƏR VAR- bu ölkədə

16/07/2026 13:10
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

17 iyulda bizi nələr gözləyir? — ULDUZ FALI

17 iyulda bizi nələr gözləyir? — ULDUZ FALI

16/07/2026 23:19
54
SON DƏQİQƏ! İrana hücuma keçdilər

SON DƏQİQƏ! İrana hücuma keçdilər

16/07/2026 23:09
53
Məktəblərdə böyük dəyişiklik elan edildi: sentyabrdan başlayır – Detallar

Məktəblərdə böyük dəyişiklik elan edildi: sentyabrdan başlayır – Detallar

16/07/2026 21:58
52
Pasport şəklini telefonda saxlayanlara XƏBƏRDARLIQ

Pasport şəklini telefonda saxlayanlara XƏBƏRDARLIQ

16/07/2026 21:37
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim daş körpülərindən biri – Arpaçay körpüsü

Qərbi Azərbaycanın qədim daş körpülərindən biri – Arpaçay körpüsü

16/07/2026 09:35
68

Qərbi Azərbaycanın memarlıq incisi – Qırmızı körpü

Qərbi Azərbaycanın memarlıq incisi – Qırmızı körpü

15/07/2026 11:37
59

İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

14/07/2026 11:17
61

Şuşadan dünyaya verilən mesaj

Şuşadan dünyaya verilən mesaj

13/07/2026 18:01
60

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.