Cümə axşamı, İyul 16, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Paşinyan bu seçkilərdə qalib gəlsə,Azərbaycan üçün nələr gözlənilir? — Politoloq AÇIQLADI

01/06/2026 19:16
Dünya
56 2
Paşinyan bu seçkilərdə qalib gəlsə,Azərbaycan üçün nələr gözlənilir? — Politoloq AÇIQLADI
74
Baxış sayı

Paşinyanın mümkün qələbəsi Azərbaycan-Ermənistan sülh prosesinə nə vəd edir?

Ermənistan iyunun 7-də ölkənin gələcək siyasi, iqtisadi və geosiyasi vektorunu müəyyən edəcək növbəti parlament seçkilərinə hazırlaşır. Rəsmi təbliğat-təşviqat kampaniyasının son mərhələsinə qədəm qoyulduğu bir vaxtda, beynəlxalq və daxili sosioloji mərkəzlərin keçirdiyi rəy sorğuları Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Mülki Müqavilə” Partiyasının rəqiblərini qabaqlayaraq üstünlüyünü qoruyub saxladığını göstərir. Bu reallıq İrəvanın Qərbə doğru xarici siyasət kursunun və xüsusilə Azərbaycanla aparılan sülh prosesinin gələcək taleyini yenidən regional müzakirələrin mərkəzinə daşıyıb.

 

Mövzu ilə bağlı Oxu24.com-a danışan politoloq Ramiz Alıyev Ermənistandakı seçkiönfəsi mənzərəni, Paşinyanın mümkün qələbəsinin regiondakı geosiyasi balanslara və Bakı-İrəvan xəttindəki normallaşma prosesinə təsirlərini geniş təhlil edib.

 

 

Politoloq Ramiz Alıyev qeyd edib ki, Paşinyan hakimiyyətinin seçkilərdən uğurla çıxması ilk növbədə Ermənistanın Qərblə münasibətləri dərinləşdirmək istiqamətində son illərdə atdığı addımların davam edəcəyinə işarədir:

 

“Son dövrlərdə İrəvanın Avropa İttifaqı və ABŞ-la siyasi dialoqu genişləndirməsi, təhlükəsizlik və iqtisadi əməkdaşlıq sahələrində yeni formatlar axtarması Ermənistanın ənənəvi xarici siyasət balansında ciddi dəyişikliklərə səbəb olub. Lakin Ermənistanın coğrafi və geosiyasi reallıqları, eləcə də Rusiya ilə mövcud iqtisadi və təhlükəsizlik əlaqələri İrəvanın tam şəkildə yalnız bir istiqamətə yönəlməsinə imkan vermir. Buna görə də Paşinyan hökumətinin gələcəkdə də balanslaşdırılmış, çoxvektorlu siyasət aparmağa məcbur olacağı gözlənilir”.

 

Azərbaycanla sülh prosesi müstəvisində seçkilərin rolunu qiymətləndirən politoloq bildirib ki, Paşinyanın mümkün qələbəsi danışıqların davamlılığı üçün müəyyən siyasi sabitlik yarada bilər. Məhz onun hakimiyyəti dövründə tərəflər arasında sülh müqaviləsinin mətninin böyük hissəsi razılaşdırılıb və münasibətlərin normallaşdırılması istiqamətində mühüm addımlar atılıb:

“Bununla belə, yekun sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarına əsas yaradan müddəaların aradan qaldırılması, regional kommunikasiyaların açılması və qarşılıqlı etimadın gücləndirilməsi kimi fundamental məsələlər hələ də öz həllini gözləyir. Bu baxımdan seçkilərdə əldə olunacaq güclü mandat Paşinyan hökumətinə daxili müqaviməti qıraraq daha cəsarətli qərarlar qəbul etmək imkanı verə bilər”.

 

R.Alıyevin sözlərinə görə, regional geosiyasi balanslar kontekstində Ermənistanın sabit və praqmatik siyasət yürütməsi Cənubi Qafqazda uzunmüddətli sabitliyin formalaşmasına birbaşa töhfə verəcək:

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması regionda əməkdaşlıq imkanlarını genişləndirəcək, nəqliyyat və iqtisadi layihələrin reallaşmasına şərait yaradacaq. Eyni zamanda, bu proses region uğrunda rəqabət aparan qlobal və regional güclərin maraqlarına da təsir göstərdiyindən, Ermənistanın gələcək siyasi kursu yalnız daxili siyasət məsələsi deyil, bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyini müəyyən edən amillərdən biri kimi qiymətləndirilməlidir”.

 

Bakının mövqeyi: Siyasi simalar deyil, öhdəliklər önəmlidir

Ekspert sonda rəsmi Bakının məsələyə yanaşmasını xüsusi vurğulayıb. O qeyd edib ki, Azərbaycan üçün Ermənistandakı hakimiyyət dəyişikliyi deyil, icra olunan siyasət önəm kəsb edir:

“Azərbaycana gəldikdə isə, rəsmi Bakı üçün əsas məsələ Ermənistanda hansı siyasi qüvvənin hakimiyyətdə olmasından daha çox, həmin hakimiyyətin sülh öhdəliklərinə sadiqliyi və regionda davamlı sabitliyə xidmət edən praktiki addımlar atmasıdır”.

Oxşarxəbərlər

TƏCİLİ! İran Trampın hotellərinə zərbə endirməyə hazırlaşır
Dünya

TƏCİLİ! İran Trampın hotellərinə zərbə endirməyə hazırlaşır

16/07/2026 19:08
52
İran Küveyti dronla vurdu
Dünya

İran Küveyti dronla vurdu

16/07/2026 15:50
55
ABŞ-dən şok təyinat:Zəngəzur dəhlizində tikinti aparacaq şirkətin rəhbəri KİM OLDU?
Dünya

ABŞ-dən şok təyinat:Zəngəzur dəhlizində tikinti aparacaq şirkətin rəhbəri KİM OLDU?

16/07/2026 13:27
54
Uşaq evində dəhşətli yanğın:ÖLƏNLƏR VAR- bu ölkədə
Dünya

Uşaq evində dəhşətli yanğın:ÖLƏNLƏR VAR- bu ölkədə

16/07/2026 13:10
55
Zelenskidən bərbad qərar: Görün nə etdi…
Dünya

Zelenskidən bərbad qərar: Görün nə etdi…

16/07/2026 12:33
54
Zelenskidən bərbad qərar: Görün nə etdi…
Dünya

Zelenskidən bərbad qərar: Görün nə etdi…

16/07/2026 12:33
54

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək

Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək

16/07/2026 20:24
51
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi

Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi

16/07/2026 20:12
51
Xameneinin dəfn edildiyi məqbərədə YANĞIN

Xameneinin dəfn edildiyi məqbərədə YANĞIN

16/07/2026 20:04
51
Ağır qəza: Ölənlər var

Ağır qəza: Ölənlər var

16/07/2026 19:35
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın qədim daş körpülərindən biri – Arpaçay körpüsü

Qərbi Azərbaycanın qədim daş körpülərindən biri – Arpaçay körpüsü

16/07/2026 09:35
68

Qərbi Azərbaycanın memarlıq incisi – Qırmızı körpü

Qərbi Azərbaycanın memarlıq incisi – Qırmızı körpü

15/07/2026 11:37
59

İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

14/07/2026 11:17
61

Şuşadan dünyaya verilən mesaj

Şuşadan dünyaya verilən mesaj

13/07/2026 18:01
59

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.