Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
NOCOMMENT.AZ-ın cənub bürosunun verdiyi xəbərə görə hadisə yeni Ələt-Astara magistralında, Biləsuvar rayonu ərazisində qeydə alınıb. İlkin məlumata görə, eyni istiqamətdə hərəkətdə olan iki kiçik tutumlu yük nəqliyyat vasitələri toqquşub. Belə ki, arxadan gələn yük avtomobili qarşıda hərəkət edən digər yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində Masallı rayonunun Ərkivan qəsəbə sakini Ələddin Babayev aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır, qəzanın başvermə səbəbləri müəyyənləşdirilir.














