Cümə, İyun 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Pensiyasını dəyişmək istəyənlərə VACİB XƏBƏR

16/06/2026 09:18
CƏMİYYƏT
46 4
Pensiyasını dəyişmək istəyənlərə VACİB XƏBƏR
63
Baxış sayı

Pensiyanın hər üç növü – yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiyalar üzrə sığorta göstəricilərinə əsaslanan ayrıca hesablanma qaydaları mövcuddur. Eyni zamanda, vətəndaşın bu pensiya növlərindən bir neçəsini almaq hüququ varsa, o, öz seçimi ilə bir pensiya növündən digərinə keçə bilər.

Gündəm24.az   xəbər verir ki, bunu DOST TV-də yayımlanan “Sosial saat” verilişində Dövlət Sosial Müdafiə Fondunun Pensiya və digər sosial ödənişlər üzrə təminat departamentinin müdiri Eyvaz İsmayılov bildirib.

O qeyd edib ki, əlilliyə görə pensiya alan şəxs yaşa görə pensiyaya, yaşa görə pensiya alan şəxs ailə başçısını itirməyə görə pensiyaya, yaxud əksinə, ailə başçısını itirməyə görə pensiya alan şəxs yaşa və ya əlilliyə görə pensiyaya keçmək hüququna malikdir:

“Pensiya növlərinin hesablanma qaydaları fərqli olduğundan, bir növdən digərinə keçid zamanı vətəndaşın mövcud sığorta göstəriciləri əsasında yenidən hesablanma aparılır. Məsələn, əlilliyə görə pensiya alan şəxs yaşa görə pensiyaya keçmək istədikdə, onun yaşa görə pensiya hüququ və məbləği yenidən müəyyənləşdirilir.

Əgər yeni hesablanmış yaşa görə pensiyanın məbləği vətəndaşın hazırda aldığı əlilliyə görə pensiyadan yüksəkdirsə, həmin pensiya növünə keçid məqsədəuyğun hesab olunur və pensiya bu əsasla təyin edilir. Əks halda, vətəndaş daha yüksək məbləğli pensiyanı seçmək hüququnu saxlayır”.

Departament müdiri onu da diqqətə çatdırıb ki, praktikada nəzərə alınmalı vacib məqamlardan biri də pensiyaların hər il indeksləşdirilməsidir:

“Pensiya təyin edildikdən sonra onun məbləği indeksasiya yolu ilə artırılır. Məsələn, şəxs uzun müddət əvvəl əlilliyə görə pensiyaya çıxıbsa, həmin pensiya illər ərzində indeksləşdirilərək artırılıb. Lakin o, sonradan yaşa görə pensiyaya keçərsə, yeni təyin olunan pensiya üzrə indeksləşmə yalnız həmin pensiyanın təyin edildiyi tarixdən sonrakı dövr üçün tətbiq olunacaq.

Bu səbəbdən bəzi hallarda əlilliyə görə pensiyanın məbləği yaşa görə hesablanmış pensiyadan daha yüksək ola bilər və vətəndaş pensiya növünü dəyişməyi məqsədəuyğun hesab etməyə bilər. Bununla belə, qanunvericiliyə əsasən, vətəndaşın bir pensiya növündən digərinə keçməsinə hər hansı məhdudiyyət qoyulmayıb. Şəxs istənilən vaxt müraciət edərək pensiyasının növünün dəyişdirilməsini tələb edə bilər”, – deyə E.İsmayılov əlavə edib.

Oxşarxəbərlər

Pensiya yaşı 70-ə çatdırılacaq? – Deputatdan VACİB AÇIQLAMA
CƏMİYYƏT

Pensiya yaşı 70-ə çatdırılacaq? – Deputatdan VACİB AÇIQLAMA

26/06/2026 15:20
53
Bakı üçün yeni model: İcra Hakimiyyəti ləğv oluna bilər – Paytaxtı bu qurum idarə edəcək
CƏMİYYƏT

Bakı üçün yeni model: İcra Hakimiyyəti ləğv oluna bilər – Paytaxtı bu qurum idarə edəcək

26/06/2026 14:37
55
Akif Əlizadəyə yeni VƏZİFƏ VERİLDİ
CƏMİYYƏT

Akif Əlizadəyə yeni VƏZİFƏ VERİLDİ

26/06/2026 14:31
53
Sabah güclü yağış yağacaq, külək əsəcək – PROQNOZ
CƏMİYYƏT

Sabah güclü yağış yağacaq, külək əsəcək – PROQNOZ

26/06/2026 13:46
54
Azərbaycanda bu məşhur bazar sökülür – RƏSMİ
CƏMİYYƏT

Azərbaycanda bu məşhur bazar sökülür – RƏSMİ

26/06/2026 13:35
54
Azərbaycanda dilənçilərlə bağlı QAYDALAR SƏRTLƏŞİR- 10 günədək həbs…
CƏMİYYƏT

Azərbaycanda dilənçilərlə bağlı QAYDALAR SƏRTLƏŞİR- 10 günədək həbs…

26/06/2026 13:09
52

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi

Rusiyanın keçmiş müdafiə naziri vəfat etdi

26/06/2026 16:08
50
Bakıda usta iş zamanı qəfil öldü

Bakıda usta iş zamanı qəfil öldü

26/06/2026 15:48
50
Pensiya yaşı 70-ə çatdırılacaq? – Deputatdan VACİB AÇIQLAMA

Pensiya yaşı 70-ə çatdırılacaq? – Deputatdan VACİB AÇIQLAMA

26/06/2026 15:20
53
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi

Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi

26/06/2026 15:18
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

Basarkeçər: Göyçənin qoynunda unudulmayan Azərbaycan yurdu

26/06/2026 10:10
72

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:18
72

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:17
54

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

24/06/2026 11:12
86

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In