Belçika əlində olan bütün F-16 təyyarələrini Ukraynaya təhvil verə bilər, söhbət təxminən 40 təyyarədən gedir.
Gündəm24.az Axar.az-a istinadla xəbər verir ki, bunu Belçikanın müdafiə naziri Teo Franken deyib.
O bildirib ki, bu, Belçikanın yeni ABŞ F-35 təyyarələrini aldıqdan sonra mümkün olacaq:
“Hökumətə yaxın illərdə bütün F-16-larımızı Ukraynaya təhvil verməyi təklif edəcəyəm. Bu, F-35-lərimizin olub-olmamasından asılıdır, çünki səmanın qorunmasında bizim də rolumuz var”.
Qeyd edək ki, bu il Brüssel Ukraynaya 7 ədəd F-16 qırıcı təyyarəsi təhvil verəcək.














