Türkiyədə məşhurlaşan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ailəsi ilə bağlı paylaşım edib.
Gündəm24.az xəbər verir ki, aktrisa atası və həyat yoldaşının fotolarını paylaşaraq bunları yazıb:
“İdeal Atalar Gününü qeyd etmək belə olur. Atam və həyat yoldaşım nərd çempionatında”.
Qeyd edək ki, Nəsrin hazırda “Daha 17” serialında rol alır. Aktrisa bir müddət əvvəl ailə qurub.
















