Cümə axşamı, İyun 25, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Mehdiyev qızının ölümü ilə bağlı şok detalları açdı – Günahkar onlardır….

24/06/2026 11:49
Gündəm
43 0
Mehdiyev qızının ölümü ilə bağlı şok detalları açdı – Günahkar onlardır….
55
Baxış sayı

“Abşeron Rayon Mərkəzi Xəstəxanası (RMX)haqqında bəzi qeydlərim olacaq. Yazıram ki, bu nüanslara diqqət yetirilsin, düzəldilsin. Onu da qeyd edim ki, hadisə 16:43–16:44-də baş vermişdi və Zəhranın ürəyi 20:20-yə kimi döyünmüşdü, lakin hadisədən sonra 3 saat 40 dəqiqə ürəyi döyünən Zəhranı xilas etmək mümkün olmadı, ya da ciddi cəhd göstərilmədi”.

Gündəm24.az xəbər verir ki, bunu vəkil Fərhad Mehdiyev avtoqəza keçirərək həyatını itirən qızı ilə bağlı paylaşımında deyib.

“Birincisi, qızımın qəzaya düşdüyü yer Abşeron RMX-dən 300–400 metr aralı olduğu halda, onu hadisə yerindən götürmək üçün bir təcili tibbi yardım (TTY) maşını göndərilmədi. Camaat uşağa boyun korseti taxmadan hansısa taksiyə qoyub özləri gətirdilər (xəstəni bu şəkildə daşımaq olmaz). Səbəb kimi göstərilir ki, hadisə yerinə çatmaq üçün TTY maşını uzun yol qət etməli idi. Lakin buna ehtiyac da yox idi: TTY maşını sürət yolunun sağında olan əlavə yola siqnallarını yandıraraq tərs istiqamətdə gedə bilərdi, hadisə yerinə paralel saxlanılıb uşağa boyun korseti taxılmaqla nosilkaya/xərəyə köçürülüb, sonra da dəmir jalüzlər üzərindən keçirilməklə xəstəxanaya çatdırıla bilərdi. Həmin o yardımcı yolda Sumqayıt istiqamətində də hərəkət dayandırıla bilərdi. TTY işi belə qurulmamalıdır. Xəstə xəstəxanaya çatdırılana qədər əlavə travmatik şok yaşamamalıdır. TTY maşınları yerində xəstənin vəziyyətini qiymətləndirməli, şinlər və boyun fiksatorlarını taxmalı, lazım gələrsə intubasiya və infuziya tədbirlərini artıq ilkin dəqiqələrdən həyata keçirməlidir.

İkincisi, uşağım külli miqdarda qan itirmişdi. Onun paltarlarına baxdıqda nə qədər qan itirdiyini anlamaq mümkündür. Sol bud sümüyündə açıq qırıq vardı, oradan nə qədər qan itirdiyini təsəvvür etmək olur. Lakin ona hər hansı qan köçürülmədi.

Mən anlayıram ki, Zəhranın aldığı zədələr çoxsaylı və ağır idi. Amma belə anlayıram ki, xəstəxana heyəti bu uşağın ta başdan yaşamayacağına qərar verib ciddi müdaxilə etmək də istəmədilər. Məsələn, sol budundakı açıq yaraya xəstəxanada tikişin atılmaması, həkim heyətinin xəstənin yaşamayacağını düşündüyünü göstərir.

Əgər Abşeron RMX-də ağır xəstələrə müdaxilə etmə və ciddi reanimasion tədbir göstərmə imkanları yoxdursa, bunu bəyan etsinlər, insanlar da ora deyil, digər xəstəxanalara yönəlsinlər, çünki ağır vəziyyətdə olan xəstələr üçün hər dəqiqə dəyərlidir. Daha əvvəl də həmin xəstəxanada KT aparatının işləmədiyini qeyd etmişdim”.

Vəkil qeyd edib ki, TƏBİB də öz növbəsində Abşeron RMX-nin TTY şöbəsinin maddi-texniki dəstəyini, habelə personal üçün təlim dəstəyini artırmalıdır:

“Bədbəxt hadisələrdə xəstəyə ilkin müdaxilənin düzgün aparılması onun həyatını xilas etmək baxımından olduqca vacibdir. Nəzərə alınmalıdır ki, həmin xəstəxana geniş əraziyə xidmət göstərir və oradakı xidmətlərin düzgün qurulması ciddi əhəmiyyət daşıyır”.

Oxşarxəbərlər

Kəmaləddin Heydərov FHN işçiləri ilə bağlı YENİ QƏRAR İMZALADI- Korrupsiya halları…
Gündəm

Kəmaləddin Heydərov FHN işçiləri ilə bağlı YENİ QƏRAR İMZALADI- Korrupsiya halları…

25/06/2026 12:21
56
“Arzum”un cinayət işinin bəzi detalları məlum oldu
Gündəm

“Arzum”un cinayət işinin bəzi detalları məlum oldu

24/06/2026 09:39
54
Xarici dildə xidmət göstərən ofisianta sərt reaksiya: “Niyə Azərbaycan dilində danışmaq istəmirik?”
Gündəm

Xarici dildə xidmət göstərən ofisianta sərt reaksiya: “Niyə Azərbaycan dilində danışmaq istəmirik?”

22/06/2026 15:16
60
Tanınmış siyasətçinin oğlu İspaniyada VƏFAT ETDİ – FOTO
Gündəm

Tanınmış siyasətçinin oğlu İspaniyada VƏFAT ETDİ – FOTO

21/06/2026 16:14
57
Bakıda gecə klubunda turistə 1270 manat hesab gəldi – VİDEO
Gündəm

Bakıda gecə klubunda turistə 1270 manat hesab gəldi – VİDEO

20/06/2026 14:48
57
Əjdər Pirimov vəfat etdi
Gündəm

Əjdər Pirimov vəfat etdi

18/06/2026 14:01
56

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Prezident şəhid hərbçiləri təltif edib – SİYAHI

Prezident şəhid hərbçiləri təltif edib – SİYAHI

25/06/2026 16:34
64
Prezident bu hərbçiləri təltif etdi

Prezident bu hərbçiləri təltif etdi

25/06/2026 16:23
67
Prezident gömrük sistemi ilə bağlı fərman imzaladı

Prezident gömrük sistemi ilə bağlı fərman imzaladı

25/06/2026 16:22
56
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan–Fransa münasibətlərini müzakirə edib

Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan–Fransa münasibətlərini müzakirə edib

25/06/2026 16:21
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:18
63

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:17
53

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

24/06/2026 11:12
86

Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”

Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”

23/06/2026 13:17
92

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In