Bazar ertəsi, Sentyabr 21, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Rəsmi Bakıdan Fransa XİN-in əsassız cavablarına MÜNASİBƏT

24/06/2026 18:39
Siyasət
773 59
Rəsmi Bakıdan Fransa XİN-in əsassız cavablarına MÜNASİBƏT
688
Paylaşım sayı
956
Baxış sayı

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Fransa Xarici İşlər Nazirliyinin əsassız cavablarını rədd edib.

Bu barədə  Gündəm24.az -a nazirlikdən məlumat verilib.
Qeyd olunub ki, Fransa Milli Assambleyasının üzvlərinin ünvanladıqları suallara cavab olaraq, “Dağlıq Qarabağdan köçürülmüş” ermənilərə dəstək, “erməni məhbuslarının taleyi və onların azad edilməsi”, “erməni dini və mədəni irsi,” “Azərbaycan-Ermənistan sülh prosesində insan hüquqları”, habelə “Azərbaycanda insan hüquqları” kimi məsələlərə dair Avropa və Xarici İşlər Nazirliyinin 23 iyun tarixində Parlamentin internet səhifəsində dərc edilmiş əsassız cavablarını qətiyyətlə pisləyir və rədd edirik.
Fransa tərəfinin cavabları onun Azərbaycan-Ermənistan normallaşma prosesi ilə bağlı uzun müddətdir nümayiş etdirdiyi qərəzli yanaşmanın növbəti nümunəsidir.
Cavablarda Ermənistanın təhlükəsizliyi, “Dağlıq Qarabağdan olan ermənilər”, “Azərbaycanda saxlanılan erməniəsilli şəxslər” kimi məsələlərə geniş yer ayrılsa da, Ermənistanın Azərbaycan ərazilərinin təxminən 30 il davam etmiş işğalı, bu müddətdə törədilmiş dağıntılar, bir milyondan artıq azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi, itkin düşmüş şəxslərin taleyi və Ermənistanın mina təhdidi kimi məsələlərə toxunulmaması təəssüf doğurur.
Fransa tərəfinin özünü sülh prosesinin tərəfdarı kimi təqdim etməsinə baxmayaraq, Ermənistanla müdafiə əməkdaşlığını xüsusi vurğulaması və EUMA missiyasının fəaliyyətini təşviq etməsi Fransanın regionda neytrallıqdan tamamilə uzaq olduğunu bir daha göstərir. Fransanın Ermənistanla hərbi əməkdaşlığı genişləndirməsi, onu silahlandırması və regionda birtərəfli siyasi mövqe sərgiləməsi sülhə xidmət etmir. Əksinə, bu cür addımlar revanşist meylləri təşviq edir və normallaşma prosesinə zərbə vurur.
“Erməni əsirləri və saxlanılan şəxslər” barədə səsləndirilən iddialar reallıqlara tamamilə ziddir. Bu məsələnin siyasi manipulyasiya predmetinə çevrilməsi və məhkəmənin qərarının sual altına alınması cəhdləri qəbuledilməzdir. Azərbaycanda saxlanılan erməniəsilli şəxslər milli qanunvericiliyə və beynəlxalq hüquqa uyğun olaraq konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunublar. Ermənistanla yanaşı Fransanın da 30 ilə yaxın müddətdə qayğısına qaldığı separatçı liderlər və digər erməniəsilli şəxslər müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərə görə məhkum ediliblər və cəzalarını çəkirlər.
Ermənistanda və keçmiş işğal edilmiş ərazilərdə Azərbaycan mədəni irsinin məhv edilməsi, məscidlərin dağıdılması və vandalizmə məruz qalması faktlarını görməməzliyə vuran Fransa tərəfinin “erməni mədəni və dini irsi” ilə bağlı iddiaları şərh etməsi gülüncdür.
Qeyd edilənlərlə yanaşı, siyasətçilərin çoxsaylı korrupsiya faktları, polis zorakılığı, etirazçıların sərt şəkildə dağıdılması, jurnalistlərə qarşı təzyiqlər, miqrantların hüquqlarının pozulması və dini ayrı-seçkiliklə bağlı çoxsaylı nümunələrlə, eləcə də Fransanın dənizaşırı ərazilərində, o cümlədən Yeni Kaledoniyada baş verən zorakılıqlarla yadda qalan Fransanın Azərbaycana insan hüquqları ilə bağlı dərs verməyə çalışması təəccüb doğurur.
Fransa XİN-in cavabları bir daha göstərir ki, Paris hələ də regionun reallıqlarını qəbul etməkdə çətinlik çəkir və Cənubi Qafqazda sülhün möhkəmlənməsinə töhfə vermək əvəzinə, köhnəlmiş və birtərəfli siyasi yanaşmaları davam etdirir. Bu isə Fransanın həm regiondakı nüfuzuna, həm də etibarlı tərəfdaş imicinə ciddi zərbə vurur

Oxşarxəbərlər

Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb
Manşet

Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb

21/09/2026 14:02
955
Prezident onlara SƏRT xəbərdarlıq etdi: Nələr olacaq?
Manşet

Prezident onlara SƏRT xəbərdarlıq etdi: Nələr olacaq?

21/09/2026 13:01
965
Qafqaz Albaniyası “yiyəsiz” deyil: Ermənistana CAVAB
Manşet

Qafqaz Albaniyası “yiyəsiz” deyil: Ermənistana CAVAB

21/09/2026 11:26
969
Şuşanın işğalı ilə bağlı maraqlı iddia: Türkiyə nə edib? – FOTO
Manşet

Şuşanın işğalı ilə bağlı maraqlı iddia: Türkiyə nə edib? – FOTO

21/09/2026 10:42
966
Moskva görüşü ərəfəsi görün nələr dedi
Dünya

Moskva görüşü ərəfəsi görün nələr dedi

21/09/2026 10:03
961
Prezidentin xüsusi nümayəndəsi Çində səfərdədir 
Manşet

Prezidentin xüsusi nümayəndəsi Çində səfərdədir 

20/09/2026 13:20
957

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Avtobusda daşlı hücuma məruz qalıb, görün necə reaksiya verdilər – VİDEO

Avtobusda daşlı hücuma məruz qalıb, görün necə reaksiya verdilər – VİDEO

21/09/2026 15:35
952
Xalq artisti hovuzdan FOTO paylaşdı

Xalq artisti hovuzdan FOTO paylaşdı

21/09/2026 14:40
956
Səhiyyə Nazirliyindən Səyyad Arana CAVAB

Səhiyyə Nazirliyindən Səyyad Arana CAVAB

21/09/2026 14:35
962
Özbəkistan hərbçiləri birgə təlim üçün Azərbaycana gəlib

Özbəkistan hərbçiləri birgə təlim üçün Azərbaycana gəlib

21/09/2026 14:29
964

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
962

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
959

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
964

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.