Ermənistanın MMA döyüşçüsü Arman Tsarukyan separatçıların təxribatına uymayıb.
KONKRET.az xəbər verir ki, o, qondarma rejimin “bayrağı”nı əlinə almaqdan imtina edib.
Xatırladaq ki, Tsarukyan daha əvvəl azərbaycanlılar haqqında müsbət fikirlər səsləndirib. O, bildirib ki, azərbaycanlılar arasında çoxlu dostları və tanışları var.
Döyüşçü həmçinin azərbaycanlılara məxsus zalda məşq etdiyini, burada ona dəstək göstərildiyini və peşəkar inkişafına kömək olunduğunu qeyd edib.













