Cümə, İyun 26, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü: Şanlı tarixdən Zəfərə gedən yol

26/06/2026 08:07
Manşet
45 2
26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü: Şanlı tarixdən Zəfərə gedən yol
59
Baxış sayı

Hər il 26 iyun tarixi Azərbaycan xalqı tərəfindən böyük qürur və iftixar hissi ilə Silahlı Qüvvələr Günü kimi qeyd olunur. Bu əlamətdar günün əsası 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə qoyulub. Məhz həmin tarixdən etibarən milli ordumuzun formalaşması istiqamətində mühüm addımlar atılıb.

Bu il Azərbaycan Ordusunun yaradılmasının 108 ili tamam olur. Lakin 1920-ci il aprelin 28-də Sovet imperiyasının təcavüzü nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi və ölkəmizdə milli ordu quruculuğu prosesi dayandırıldı.

Milli Ordu quruculuğunda əsaslı dönüş isə Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra başladı. Onun müstəsna xidmətləri sayəsində Azərbaycanda milli hərbi kadrların hazırlanmasına xüsusi diqqət yetirildi. Heydər Əliyev 1971-ci ildə böyük səylər nəticəsində görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bundan sonra yüzlərlə azərbaycanlı gəncin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində, eləcə də keçmiş SSRİ-nin nüfuzlu hərbi təhsil müəssisələrində güzəştli şərtlərlə təhsil alması mümkün oldu. Məhz həmin illərdə yetişən milli hərbi kadrlar sonralar müstəqil Azərbaycan Ordusunun formalaşmasında mühüm rol oynadılar.

Müstəqilliyimizin bərpasından sonra Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Ordusunun yenidən qurulması və peşəkar hərbi sistemin yaradılması təmin edildi. 1993-cü ildən etibarən ölkədə vahid komandanlıq sistemi yaradıldı, nizami ordu formalaşdırıldı və ordu quruculuğu dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi.

Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamı ilə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi və hər il dövlət bayramı kimi qeyd olunmağa başladı.

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri öz inkişafının ən qüdrətli mərhələsinə qədəm qoydu. Ordumuz müasir silah və texnika ilə təchiz edildi, hərbi sənaye kompleksi yaradıldı, peşəkar hərbi kadr hazırlığı daha da gücləndirildi və Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrildi.

Azərbaycan Ordusunun gücü və yenilməzliyi 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində bütün dünyaya nümayiş etdirildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz cəmi 44 gün ərzində tarixi Zəfərə imza ataraq torpaqlarımızı işğaldan azad etdi və xalqımızın otuz illik həsrətinə son qoydu.

2023-cü il sentyabrın 19-da həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Ermənistan silahlı birləşmələri tam tərksilah edildi və Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa olundu. Bununla da ölkəmizin dövlət suverenliyi tam təmin edildi.

Bu gün Azərbaycan Silahlı Qüvvələri yalnız ölkəmizin təhlükəsizliyinin təminatçısı deyil, həm də xalqımızın qürur mənbəyi, dövlətimizin gücünün və birliyinin rəmzidir. Şəhidlərimizin qəhrəmanlığı, qazilərimizin fədakarlığı və hərbçilərimizin Vətənə sədaqəti gələcək nəsillər üçün örnəkdir.

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbçilərimizi, veteranlarımızı və ordumuzun sıralarında xidmət etmiş hər bir vətəndaşı ürəkdən təbrik edir, Vətən uğrunda canından keçən şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayırıq.

Yaşasın qüdrətli Azərbaycan Ordusu! Yaşasın Müzəffər Ali Baş Komandan! Yaşasın Azərbaycan!

Oxşarxəbərlər

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi (FOTO)
CƏMİYYƏT

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi (FOTO)

26/06/2026 01:14
50
İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi – FOTO
Manşet

İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi – FOTO

25/06/2026 23:19
54
Azərbaycanda yeni qurum yaradıldı – Prezidentin FƏRMANI
Manşet

Azərbaycanda yeni qurum yaradıldı – Prezidentin FƏRMANI

25/06/2026 18:18
55
Prezident imzaladı: İdarəetmədə ciddi islahatlar başladı
Manşet

Prezident imzaladı: İdarəetmədə ciddi islahatlar başladı

25/06/2026 17:21
53
Prezident şəhid hərbçiləri təltif edib – SİYAHI
Manşet

Prezident şəhid hərbçiləri təltif edib – SİYAHI

25/06/2026 16:34
67
Prezident bu hərbçiləri təltif etdi
Manşet

Prezident bu hərbçiləri təltif etdi

25/06/2026 16:23
68

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“iPhone 18 Pro” gözləniləndən daha ucuz olacaq – Yeni qiymət açıqlandı

“iPhone 18 Pro” gözləniləndən daha ucuz olacaq – Yeni qiymət açıqlandı

26/06/2026 09:21
50
Daha bir ölkədə GÜCLÜ ZƏLZƏLƏ

Daha bir ölkədə GÜCLÜ ZƏLZƏLƏ

26/06/2026 09:17
50
Rusiyadan Ermənistana daha bir qadağa: Bütün balıq …

Rusiyadan Ermənistana daha bir qadağa: Bütün balıq …

26/06/2026 08:28
50
İsrailin yeni hərbi sürprizi: hədəfi 1 saniyədə məhv edir

İsrailin yeni hərbi sürprizi: hədəfi 1 saniyədə məhv edir

26/06/2026 08:09
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:18
71

Qafqazın Azərbaycan nəfəsi – Borçalı mahalının tarixi və mədəniyyəti

25/06/2026 10:17
53

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

Qərbi Azərbaycanın qəlbində bir yurd – Ağbaba mahalı

24/06/2026 11:12
86

Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”

Ramiz İsmayılov: “Qərbi Azərbaycana qayıdış hüququ tarixi ədalətin bərpası məsələsidir”

23/06/2026 13:17
92

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.