Çərşənbə axşamı, Sentyabr 22, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Şuşaya gedən yolun qəhrəmanı: Şəhid baş leytenantın son FOTOSU

30/06/2026 09:03
CƏMİYYƏT
788 51
Şuşaya gedən yolun qəhrəmanı: Şəhid baş leytenantın son FOTOSU
694
Paylaşım sayı
964
Baxış sayı

Modern.az saytının “Şəhiddən qalan son foto” rubrikası davam edir. Budəfəki təqdimatımız şəhid baş leytenant Vüsal Aslan oğlu Məhərrəmovun əziz xatirəsinə həsr olunur.

O, Vətən müharibəsində qəhrəmancasına döyüşərək Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Azərbaycan zabitlərindən biridir. Ömrünü Vətənə xidmətə həsr edən Vüsal Məhərrəmovun son fotosu haqqında onun həyat yoldaşı Mətanət Məhərrəmova saytımıza danışıb.

Şəhid xanımının sözlərinə görə, Vüsal Məhərrəmov ailəsinə bağlı, sadə, qayğıkeş və məsuliyyətli bir insan olub:

“Vüsal çox mehriban, səmimi, insanlara qarşı diqqətcil idi. Hər zaman ailəsinin yanında olmağa çalışırdı. Hərbi xidmətinə nə qədər bağlı olsa da, ailəsinə və övladlarına qarşı sevgisi tamam başqa idi”.

Müsahibimiz deyir ki, həyat yoldaşının şəhadətindən öncəki bu şəkli onda dərin hisslər oyadır:

“Şəkildə onun qətiyyətli baxışları, hərbi forması və vüqarlı duruşu bir zabitin Vətən sevgisini, qorxmazlığını və əzmini əks etdirir. Vüsalın bu baxışlarında həm güc, həm də xalqına olan sevgi hiss olunur. Vüsaldan qalan son şəkil mənə uzun illər ərzində yaşanan acıları, səngərdə keçən soyuq gecələri, ailədən uzaq qalmağın çətinliyini, övladları üçün darıxmasını xatırladır. Şəklə baxanda onun duruşunda Vətənə borcunu layiqincə yerinə yetirmiş bir igidin qürurunu görürəm. Digər tərəfdən isə qəlbimi titrədən həssas bir sızıltı ilə ona olan həsrətimi, onu necə çox darıxdığımı yenidən hiss edirəm”.

Müsahibimiz bildirir ki, Vüsal Məhərrəmov hər zaman Vətənə xidmət etməyi özünün ən müqəddəs borcu hesab edib:

“Şəhidlər bizim tariximizi yazan, azadlığımızı qanları ilə qoruyan qəhrəmanlardır. Vüsal da öz canını Vətən uğrunda fəda etdi. Onun adı hər zaman hörmət və ehtiramla anılacaq”.

Mətanət Məhərrəmovanın sözlərinə görə, belə qəhrəmanların həyat yolu hər bir azərbaycanlı üçün örnəkdir:

“Onların bizə miras qoyduğu ən böyük dəyər Vətən sevgisi, birlik və mübarizlik ruhudur. Şəhid baş leytenant Vüsal Aslan oğlu Məhərrəmovun əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun”.

Vüsal Aslan oğlu Məhərrəmov 10 dekabr 1979-cu ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olub. 1986-cı ildə Hişkədərə kənd tam orta məktəbində təhsil almağa başlayıb və 1997-ci ildə həmin məktəbi bitirib.

Elə həmin il Gəncə Kənd Təsərrüfatı Akademiyasına qəbul olunub. Akademiyanın hərbi kafedrasında təhsil alaraq leytenant hərbi rütbəsi alıb. 2001-ci ildə ali təhsilini başa vurub. 2020-ci il sentyabrın 29-da səfərbərliklə hərbi xidmətə çağırılıb və Vətən müharibəsində iştirak edib. Döyüş yolu Füzuli istiqamətindən başlayıb. Vüsal Məhərrəmov 2020-ci il noyabrın 6-da Şuşa istiqamətində, Daşaltı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhid baş leytenant Vüsal Məhərrəmov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan tərəfindən III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. O, həmçinin “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Xatirəsi əbədiləşdirilərək doğulduğu Hişkədərə kəndində və Bakı şəhərində onun adı küçələrə verilib. Həmçinin qardaş Türkiyədə onun adını daşıyan gəmi fəaliyyət göstərir.

Oxşarxəbərlər

“Yol getmək işgəncəyə çevrilib” – Bakı sakinləri tıxacdan danışır
CƏMİYYƏT

“Yol getmək işgəncəyə çevrilib” – Bakı sakinləri tıxacdan danışır

22/09/2026 20:29
960
Maştağadakı psixiatriya xəstəxanası bağlanır?
CƏMİYYƏT

Maştağadakı psixiatriya xəstəxanası bağlanır?

22/09/2026 20:08
955
Dərmanı baha satan “Azəri Med”ə PROTOKOL YAZILDI
CƏMİYYƏT

Dərmanı baha satan “Azəri Med”ə PROTOKOL YAZILDI

22/09/2026 17:15
955
“Xruşşovka”lar SÖKÜLƏCƏK? – Son vəziyyət AÇIQLANDI
CƏMİYYƏT

“Xruşşovka”lar SÖKÜLƏCƏK? – Son vəziyyət AÇIQLANDI

22/09/2026 16:58
956
Bu avtobuslar sabahdan “Avtovağzal”da da dayanacaq – Siyahı
CƏMİYYƏT

Bu avtobuslar sabahdan “Avtovağzal”da da dayanacaq – Siyahı

22/09/2026 16:45
957
Şagirdin geyiminə artıq valideyn də “cavabdehdir” – Qərarın GİZLİ DETALI
CƏMİYYƏT

Şagirdin geyiminə artıq valideyn də “cavabdehdir” – Qərarın GİZLİ DETALI

22/09/2026 16:22
969

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“Dünya beşdən böyükdür” deyən Ərdoğan indi də bu çağırışı etdi – BMT silkələnir

“Dünya beşdən böyükdür” deyən Ərdoğan indi də bu çağırışı etdi – BMT silkələnir

22/09/2026 20:51
957
“Yol getmək işgəncəyə çevrilib” – Bakı sakinləri tıxacdan danışır

“Yol getmək işgəncəyə çevrilib” – Bakı sakinləri tıxacdan danışır

22/09/2026 20:29
960
İlham Əliyevdən iqtisadiyyatla bağlı mühüm mesajlar: yeni sənaye mərhələsi başlayır

İlham Əliyevdən iqtisadiyyatla bağlı mühüm mesajlar: yeni sənaye mərhələsi başlayır

22/09/2026 20:25
957
Maştağadakı psixiatriya xəstəxanası bağlanır?

Maştağadakı psixiatriya xəstəxanası bağlanır?

22/09/2026 20:08
955

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

Qarakilsə (Sisyan) rayonunun Ağudi kəndi – TARİXİ YURD

22/09/2026 08:17
965

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

Zəngibasarda qədim kənd – Beybudabadın SİRLİ TARİXİ

21/09/2026 08:27
963

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
961

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
962

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In