Məşhur pop ulduzu Teylor Svift və amerikalı futbolçu Trevis Kelsinin bu həftə baş tutacağı iddia edilən toyu ilə bağlı yeni detallar üzə çıxıb.
Gündəm24.az xəbər verir ki, PEOPLE jurnalının yaydığı məlumata əsasən, cütlük iyulun 3-də Nyu-Yorkun məşhur “Madison Square Garden” arenasında nikah mərasimi keçirməyi planlaşdırır.
Məlumata görə, qonaqlar üçün qara rəngli rəsmi geyim tələbi qoyulub.
Bundan əlavə, tədbirdə ən ciddi qaydalardan biri mobil telefonlardan istifadə ilə bağlı olacaq. Belə ki, dəvətlilər məkana daxil olarkən telefonlarını xüsusi mühafizə sisteminə təhvil verməli, mərasim boyu isə foto və video çəkilişinə icazə verilməyəcək.
Toyda 500-dən artıq qonağın iştirak edəcəyi gözlənilir. Dəvət olunanlar arasında Ed Şiran, Zoi Kravits, Cek Antonoff və Stivi Niks kimi tanınmış simaların adları çəkilir.
Bundan başqa, cütlük qonaqlardan toy üçün hədiyyə gətirməmələrini xahiş edib.















