Cümə axşamı, İyul 2, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Taksilərlə bağlı qaydalar: Bu şəxslər 40 minədək cərimələnəcək

02/07/2026 13:14
CƏMİYYƏT
43 0
Taksilərlə bağlı qaydalar: Bu şəxslər 40 minədək cərimələnəcək
55
Baxış sayı

Azərbaycanın İnzibati Xətalar Məcəlləsində taksi fəaliyyəti və avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində yol verilən bir sıra pozuntulara görə inzibati məsuliyyət nəzərdə tutulur.

Gündəm24.az xəbər verir ki, “Taksi” tanınma nişanları, taksometr və ya qanunvericiliklə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan, həmçinin nasaz və ya plombu pozulmuş taksometrlə sərnişin daşınmasına görə 50 manat cərimə tətbiq edilir.

Eyni zamanda, avtobuslarda və taksilərdə tütün çəkilməsinə, eləcə də sərnişinlərin, baqaj yerlərinin sayı və baqajın kütləsinə dair müəyyən olunmuş tələblərin pozulmasına görə də 50 manat cərimə nəzərdə tutulur.

Qanunvericiliyə əsasən, taksilərin yalnız onlar üçün ayrılmış və 5.14 nişanı ilə işarələnmiş dayanacaq yerlərindən kənarda sifariş qəbul etmək məqsədilə dayanmasına, taksi minik avtomobili ilə sərnişin daşımalarının buraxılış kartında göstərilən ərazi hüdudlarından kənarda həyata keçirilməsinə, eləcə də taksometrin müəyyən etdiyi məbləğdən əlavə ödəniş tələb olunmasına görə də 50 manat məbləğində cərimə tətbiq olunur.

İnzibati Xətalar Məcəlləsinə görə, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 1000 manat məbləğində cərimə edilir. Buraxılış kartı olmadan taksi minik avtomobili ilə sərnişin daşınmasına görə isə 50 manat cərimə tətbiq olunur.

Məcəllədə icazə olmadan taksi sifarişi operatoru kimi fəaliyyət göstərilməsinə görə vəzifəli şəxslər üçün 10 min manat, hüquqi şəxslər üçün isə 40 min manat məbləğində cərimə müəyyən edilib.

Bundan başqa, taksi sifarişi operatorları tərəfindən “Fərdi məlumatlar haqqında” Qanunun tələblərinin pozulmasına, o cümlədən fərdi məlumatların informasiya sistemlərinin dövlət qeydiyyatından keçirilməməsinə və onların mühafizəsi ilə bağlı tələblərə əməl edilməməsinə görə vəzifəli şəxslər 5 min manat, hüquqi şəxslər isə 20 min manat məbləğində cərimə olunur.

Eyni məbləğdə cərimə taksi sifarişi operatorlarının informasiya sistemlərində olan sifarişlər və sürücülərin iş-istirahət rejimi barədə məlumatların müvafiq dövlət informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya işləməməsinə görə də tətbiq edilir.

Bundan əlavə, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına dair buraxılış vəsiqəsi, texniki baxış və reysqabağı tibbi müayinə ilə bağlı zəruri sənədləri və ya müqavilələri olmayan daşıyıcılara, eləcə də buraxılış kartı və sürücünün xüsusi hazırlıq keçdiyini təsdiq edən sənədi olmadan taksi sifarişi xidmətinin göstərilməsinə görə vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilir.

Həmçinin taksi duracaqlarında taksi minik avtomobili olmayan nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə 40 manat məbləğində cərimə tətbiq olunur.

Oxşarxəbərlər

Aydan Fərəcova yüksək vəzifəyə təyin edildi – DOSYE
CƏMİYYƏT

Aydan Fərəcova yüksək vəzifəyə təyin edildi – DOSYE

02/07/2026 17:23
50
“Hamısı qan qusacaq” – Arzumun atası
CƏMİYYƏT

“Hamısı qan qusacaq” – Arzumun atası

02/07/2026 17:07
51
Azərbaycanda güclü zəlzələ gözlənilir? – AÇIQLAMA
CƏMİYYƏT

Azərbaycanda güclü zəlzələ gözlənilir? – AÇIQLAMA

02/07/2026 16:56
50
Azərbaycanda 10 şirkət ləğv olundu – Yeni qərar
CƏMİYYƏT

Azərbaycanda 10 şirkət ləğv olundu – Yeni qərar

02/07/2026 15:22
53
Nəriman Həsənzadənin SON DURUMU AÇIQLANDI
CƏMİYYƏT

Nəriman Həsənzadənin SON DURUMU AÇIQLANDI

02/07/2026 14:54
52
Fuad Məmmədov bu hospitala direktor təyin olundu
CƏMİYYƏT

Fuad Məmmədov bu hospitala direktor təyin olundu

02/07/2026 13:50
53

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Aydan Fərəcova yüksək vəzifəyə təyin edildi – DOSYE

Aydan Fərəcova yüksək vəzifəyə təyin edildi – DOSYE

02/07/2026 17:23
50
Aida Eyvazlı Göytürkün kitabları Almaniyanın XVI əsr kitabxanasında

Aida Eyvazlı Göytürkün kitabları Almaniyanın XVI əsr kitabxanasında

02/07/2026 17:12
52
Xalq artistindən ittiham: “Mahnımız oğurlanıb”

Xalq artistindən ittiham: “Mahnımız oğurlanıb”

02/07/2026 17:10
51
“Hamısı qan qusacaq” – Arzumun atası

“Hamısı qan qusacaq” – Arzumun atası

02/07/2026 17:07
51

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
İrəvan qalası: Qərbi Azərbaycanın əfsanəvi istehkamı

İrəvan qalası: Qərbi Azərbaycanın əfsanəvi istehkamı

02/07/2026 11:07
66

Loru qalası: Tarixin daşlara yazılmış dastanı

Loru qalası: Tarixin daşlara yazılmış dastanı

01/07/2026 10:00
60

İrəvan mahalı: Azərbaycan dövlətçiliyinin qədim paytaxtı

İrəvan mahalı: Azərbaycan dövlətçiliyinin qədim paytaxtı

30/06/2026 10:12
104

Qərbi Azərbaycanın yaşıl incisi – Karvansara (Dilican)

Qərbi Azərbaycanın yaşıl incisi – Karvansara (Dilican)

29/06/2026 11:14
76

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.