Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Suriyanın paytaxtı Dəməşqin Hicaz rayonunda baş verən və insan tələfatına səbəb olan hücumu qətiyyətlə pisləyib.
Gündəm24.az xəbər verir ki, bu barədə XİN-in yaydığı bəyanatda bildirilib.
“Suriyada davamlı sabitlik və təhlükəsizliyin təmin edilməsi istiqamətində əldə olunan irəliləyişi pozmaq məqsədi daşıyan bu cür cəhdlərə və ictimai asayişi sarsıtmağa yönəlmiş dairələrə ən yaxşı cavabın birlik və həmrəyliyini qoruyan Suriya xalqın tərəfindən veriləcəyinə inanırıq”, – bəyanatda qeyd edilib.
Son məlumatlara görə, Dəməşqdə baş verən hücumda beş nəfər ölüb, 16 nəfər yaralanıb













