Türkiyədə yüngül kommersiya avtomobili ilə minik avtomobili toqquşub.
Gündəm24.az türk mediasına istinadən xəbər verir ki, Çankırıda yüngül kommersiya nəqliyyat vasitəsi ilə minik avtomobilinin toqquşması nəticəsində üç nəfər həlak olub, dörd nəfər isə yaralanıb. İzzet Gümüşbuğanın idarə etdiyi avtomobil qarşı tərəfdən gələn Remzi Akdemirin idarə etdiyi avtomobillə toqquşub.
Xəbər verildikdən sonra hadisə yerinə çoxlu sayda təcili yardım, polis və xilasetmə briqadaları sövq edilib.
Avtomobilin sürücüsü və eyni vasitədə olan Həsən Salih Gümüşbuğa hadisə yerində həyatını itirib.
Digər avtomobilin sürücüsü, həmçinin avtomobildə olan Çiğdem , Abdullah , Esma Betül və Muhammet Emir Gümüşbuğa xəsarət alıb.
Avtomobildə sıxılmış vəziyyətdə qalan yaralılar yanğın söndürənlər tərəfindən çıxarılıb və tibb əməkdaşları tərəfindən təcili yardımla Çankırı Dövlət Xəstəxanasına çatdırılıb.
Yaralılardan Remzi Akdemiri xəstəxanada edilən tibbi müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. Abdullah və Esma Betül Gümüşbuğanın da vəziyyətinin ağır olduğu bildirilib.//manset.az















