Ukrayna Sankt-Peterburq dron hücumu həyata keçirib.
Gündəm24.az xəbər verir ki, şəhərdə bir sıra partlayışlar və yanğınlar baş verib.
Yerli ictimai qruplar neft terminalı və liman infrastrukturu yaxınlığında partlayışlar barədə məlumat yayıblar. Yerli Telegram kanallarına görə, neft limanı ərazisinə bir neçə zərbə endirilib.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko dron hücumuna görə fövqəladə vəziyyət elan etdi.
O, həmçinin bölgədəki vəziyyətin mobil internet sürətinin azalmasına da səbəb ola biləcəyini bildirdi.//musavat.com














