İsmayıllıda baş verən ağır qəzanın görüntüləri yayılıb.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayon ərazisində 2 nəfərin ölümü və 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Belə ki, “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq beton maneəyə çırpılıb. Nəticədə nəqliyyat 52 yaşlı İlqar Süleymanov və 67 yaşlı Elmira Duxiyeva aldıqları xəsarətlərdən hadisə yerində ölüb, 1 nəfər xəsarət alıb.
Həmin görüntüləri təqdim edirik:














