Gündəm24.az xəbər verir ki, bu gün su anbarında baş verən faciə nəticəsində iki övladı ilə birlikdə həyatını itirən Şərif İsgəndərov şəhid polis əməkdaşı Şəmsəddin Cəfər oğlu İsgəndərovun oğludur.
Şəmsəddin İsgəndərov 1990-cı ildə könüllü olaraq həmin dövrdə yaradılmış ilk polis batalyonuna qoşulub. O, Ağdam, Cəbrayıl, Laçın, Kəlbəcər və digər qaynar döyüş bölgələrində ön cəbhədə xidmət edib.
Şəmsəddin İsgəndərovun son döyüşü 1992-ci il martın 8-də Qaraqaya istiqamətində olub. Həmin gün düşmən gülləsinə tuş gələn polis əməkdaşı şəhidlik zirvəsinə ucalıb.(Teleqraf)














