Çərşənbə axşamı, İyul 7, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Azərbaycanda qiyamət əlaməti? — AÇIQLAMA

07/07/2026 19:34
CƏMİYYƏT
41 1
Azərbaycanda qiyamət əlaməti? — AÇIQLAMA
53
Baxış sayı

Sosial şəbəkələrdə çəyirtkələrin kütləvi şəkildə yayılması ilə bağlı görüntülər geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bu hadisəni qiyamətin əlamətləri ilə əlaqələndirərək müxtəlif iddialar irəli sürürlər. Görəsən, İslam dinində çəyirtkələrin çoxalması qiyamətin əlaməti hesab olunurmu?

 

Gündəm24.az  mövzu ilə bağlı ilahiyyatçı Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, insanlar təbiət hadisələrini dəqiq bilməyəndə öz düşüncələrinə görə hadisələrə müxtəlif şərhlər veirlər:

 

“Bu əslində insanların bəzən bir çox həqiqətlərdən məlumatsız olduğunu göstərən əsas amillərdən biridir. Son günlər sosial şəbəkələrdə yayılan videoda böyük çəyirtkə sürüsünün havada hərəkəti göstərilir. Videonun altında isə bunun qiyamətin əlaməti olduğunu, dünyanın sonunun yaxınlaşdığını iddia edən çoxlu şərhlər yazılıb. Mən hesab edirəm ki, belə məsələlərə həm dini, həm də elmi baxımdan ehtiyatla yanaşmaq lazımdır. İnsanları qorxuya deyil, biliyə söykənən düşüncəyə yönəltmək daha doğru yanaşmadır.

 

İlk növbədə qeyd etmək lazımdır ki, İslamda qiyamətin nə vaxt baş verəcəyini heç kim bilmir. Bu, Allahın yalnız Özünə məxsus olan qeyb elmidir. Qurani Kərimdə Əraf surəsinin 187 ci ayəsində belə buyurulur: “Qiyamətin nə vaxt qopacağını səndən soruşurlar. De ki, onun elmi yalnız Rəbbimin yanındadır. Onu vaxtında yalnız O aşkar edəcək”. Loğman surəsinin 34 cü ayəsində belə buyurulur:

 

“Həqiqətən, qiyamətin elmi Allahın yanındadır”.

 

Bu ayələr açıq şəkildə göstərir ki, hər hansı təbiət hadisəsini qəti şəkildə qiyamətlə əlaqələndirmək dini baxımdan doğru deyil”.

 

İlahiyyatçı deyib ki, Peyğəmbərimiz (s.ə.s) də bu məsələdə insanları ehtiyatlı olmağa çağırıb:

 

“Məşhur Cəbrail hədisində Cəbrail əleyhissalam qiyamətin vaxtını soruşduqda Allah Rəsulu belə cavab verdi: “Soruşulan bu barədə soruşandan daha çox bilmir”.

 

Bu cavab göstərir ki, hətta peyğəmbərlərə belə qiyamətin dəqiq vaxtı bildirilməmişdir.

 

Bəzən insanlar Quranda adı çəkilən çəyirtkələri də bu hadisə ilə əlaqələndirməyə çalışırlar. Halbuki Quranda çəyirtkələrin zikr edilməsi müxtəlif məqamlardadır. Məsələn, Firon qövmünə göndərilən bəlalar arasında çəyirtkələr də qeyd olunur. Bu, xüsusi ilahi cəza hadisəsi idi və konkret tarixi hadisəyə aid idi. Digər tərəfdən, Qəmər surəsinin 7 ci ayəsində insanların qəbirlərdən çıxmasının səhnəsi yayılmış çəyirtkələrə bənzədilir. Burada isə söhbət bənzətmədən gedir, təbiətdə görünən hər çəyirtkə sürüsünün qiyamət əlaməti olmasından yox.

 

Klassik təfsir alimləri, o cümlədən təbiət elmlərinə vaqif olan alimlər bu ayələri şərh edərkən qiyamətin vaxtını təyin etməyə çalışmağın doğru olmadığını, müsəlmanın əsas vəzifəsinin saleh əməl sahibi olmaq olduğunu vurğulamışlar.

 

Elmi baxımdan da belə görüntülər qeyri adi hesab edilmir. Çəyirtkələr bəzi iqlim və ekoloji şəraitdə böyük sürülər halında hərəkət edirlər. Yağıntının artması, torpağın rütubəti, bitki örtüyünün çoxalması, temperaturun uyğun olması onların sayının sürətlə artmasına səbəb ola bilir. Bu zaman milyonlarla, bəzən milyardlarla çəyirtkə birlikdə uçur və böyük əraziləri əhatə edir. Bu hadisə dünyanın müxtəlif ölkələrində dəfələrlə müşahidə olunub və biologiya ilə məşğul olan alimlər tərəfindən uzun illərdir araşdırılır.

 

Məsələn, biologiya alimləri bildirir ki, bəzi çəyirtkə növləri əlverişli hava şəraitində çox qısa müddətdə sürü halına keçərək yüzlərlə kilometr məsafə qət edə bilir. Bu, təbiətin öyrənilmiş ekoloji proseslərindən biridir.

 

Əlbəttə, mömin insan təbiətdə baş verən hər hadisədən ibrət götürür. Qurani Kərim insanı göylərə, yerə, canlılara baxmağa və Allahın yaratdıqları üzərində düşünməyə çağırır. Ancaq ibrət almaq başqa, hər təbiət hadisəsini qiyamətin qəti əlaməti kimi təqdim etmək isə tamam başqa məsələdir.

 

Təəssüf ki, sosial şəbəkələrdə sensasiya yaratmaq məqsədilə hər qeyri adi görüntüyə dini məna yüklənilir. Bu isə cəmiyyətdə əsassız qorxu yaradır və insanların dini məsələlərə münasibətinə mənfi təsir göstərir. İslam isə xəbərin doğruluğunu araşdırmağı tövsiyə edir. Qurani Kərimin Hucurat surəsinin 6 cı ayəsində xəbərin yoxlanılmasının vacibliyi xüsusi vurğulanır.

 

Mənim fikrimcə, videoda görünən çəyirtkə sürüsünü qiyamətin başladığı kimi təqdim etmək üçün nə dini, nə də elmi əsas mövcuddur. Bu, təbiətdə zaman zaman müşahidə olunan hadisələrdən biridir.

 

Qiyamətin nə vaxt baş verəcəyini yalnız Allah bilir. Bizim vəzifəmiz isə qorxu yayan fərziyyələr yaymaq deyil, doğru məlumat vermək, insanlarda elmə, düşüncəyə və sağlam dini anlayışa söykənən münasibət formalaşdırmaqdır.

 

İnsan həmişə axirətə hazır olmalıdır. Lakin bu hazırlıq sosial şəbəkələrdə yayılan hər videonu qiyamət xəbəri kimi qəbul etməklə deyil, imanını möhkəmləndirməklə, əxlaqını gözəlləşdirməklə və saleh əməllərlə həyata keçirilir. İslamın bizə öyrətdiyi əsas prinsip də məhz budur”, – deyə o fikrini yekunlaşdırıb.\\demokrat.az

Oxşarxəbərlər

Bakının Şağan qəsəbəsində otluq ərazi yanır
CƏMİYYƏT

Bakının Şağan qəsəbəsində otluq ərazi yanır

07/07/2026 21:19
50
Bakının bəzi ərazilərində qaz OLMAYACAQ
CƏMİYYƏT

Bakının bəzi ərazilərində qaz OLMAYACAQ

07/07/2026 20:51
50
Təcili Yardım Mərkəzində yeni təyinat
CƏMİYYƏT

Təcili Yardım Mərkəzində yeni təyinat

07/07/2026 19:02
55
Elnurdan AZAL-a etiraz: “Biabırçılıqdır”
CƏMİYYƏT

Elnurdan AZAL-a etiraz: “Biabırçılıqdır”

07/07/2026 18:42
55
ADY-də 3 nəfərə yüksək vəzifə verildi – FOTO
CƏMİYYƏT

ADY-də 3 nəfərə yüksək vəzifə verildi – FOTO

07/07/2026 18:03
55
Başçıya birinci müavin təyin OLUNDU
CƏMİYYƏT

Başçıya birinci müavin təyin OLUNDU

07/07/2026 18:00
56

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

24 yaşlı gənc Mingəçevirdə su anbarında boğulub

24 yaşlı gənc Mingəçevirdə su anbarında boğulub

07/07/2026 21:37
50
Bakının Şağan qəsəbəsində otluq ərazi yanır

Bakının Şağan qəsəbəsində otluq ərazi yanır

07/07/2026 21:19
50
Hüseyn Dəryanın məzarından görüntülər yayıldı – VİDEO

Hüseyn Dəryanın məzarından görüntülər yayıldı – VİDEO

07/07/2026 21:14
50
54 yaşlı kişinin güllələnmiş meyiti tapıldı

54 yaşlı kişinin güllələnmiş meyiti tapıldı

07/07/2026 21:07
50

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndələri Qarabağdan Qərbi Azərbaycana qayıdış inamı ilə döndülər – FOTOLAR

07/07/2026 13:08
62

Dərələyəzin möhtəşəm qalaları: Tarixin sıldırım qayalar üzərində yazdığı izlər

Dərələyəzin möhtəşəm qalaları: Tarixin sıldırım qayalar üzərində yazdığı izlər

07/07/2026 09:50
57

Qərbi Azərbaycanın tarixi irsi: Sürməli qalasının keçmişi və bu günü

Qərbi Azərbaycanın tarixi irsi: Sürməli qalasının keçmişi və bu günü

06/07/2026 10:07
63

Əsrlərin sirrini qoruyan qala – Keçi qalası

Əsrlərin sirrini qoruyan qala – Keçi qalası

03/07/2026 10:02
66

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.