Bolqarıstanın silahlı qüvvələrinin anbarlarından Ukraynaya hərbi yardım çərçivəsində göndəriləcək silah və hərbi ləvazimat ehtiyatı artıq tükənib.
Gündəm24.az xəbər verir ki, bu barədə Bolqarıstanın baş naziri Rumen Radev Ankarada keçirilən NATO sammiti çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
O, qeyd edib ki, Bolqarıstan indiyədək Ukraynaya silah və hərbi təchizatdan ibarət 13 partiya göndərib.
Radev əlavə edib ki,
Bolqarıstan bundan sonra yalnız hərbi texnikanın təmiri istiqamətində texniki yardım göstərməyə davam edə bilər.
Oxşar mövqe ilə Macarıstanın baş naziri Peter Madyar də çıxış edib. O, bildirib ki, ölkəsi Ukraynaya humanitar yardımı davam etdirəcək, lakin silah tədarük etməyəcək.
Macarıstanın baş naziri eyni zamanda vurğulayıb ki, Ukraynanın öz ərazi bütövlüyünü müdafiə etmək hüququ var.//konkret.az













