Rusiyanın Rostov vilayətində keçmiş polis əməkdaşı Yevgeni Utesov boşandığı həyat yoldaşının ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinir. Hazırda onun axtarışları davam etdirilir.
Gündəm24.az xəbər verir ki, bu barədə REN TV özünün Telegram kanalında məlumat yayıb.
İstintaqın ilkin versiyasına görə, hadisənin səbəbi boşanma prosesi olub. Bildirilir ki, keçmiş hüquq-mühafizə orqanı əməkdaşı qayınatasını bıçaqlayaraq öldürüb, həyat yoldaşının anasını və nənəsini isə “Saiga” markalı ov tüfəngi ilə güllələyib.
İlkin məlumata əsasən, Yevgeni Utesov hadisə yerindən avtomobillə qaçıb. Hüquq-mühafizə orqanları onun atası Leonid Utesovun da birlikdə ola biləcəyini ehtimal edir.
Faktla bağlı araşdırma aparılır, şübhəlinin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam edir.//ajans.az














