Zaqatala rayonu, Yuxarı Tala kəndi yaxınlığında Katex çayına sel gəlməsi səbəbindən beş nəfər çayda köməksiz vəziyyətdə qalıb.
Gündəm24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Mülki Müdafiə qoşunlarının qüvvələri əraziyə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan beş vətəndaş xilas edilib.














