Gürcüstanda Azərbaycan vətəndaşı Fatimə Kərimovanı qətlə yetirməkdə ittiham olunan Emin Əliyev Batumi Beynəlxalq Hava Limanında saxlanılıb.
Gündəm24.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.
Məlumata əsasən, təqsirləndirilən şəxsin həbsi Türkiyə və Azərbaycan hüquq-mühafizə orqanları ilə sıx koordinasiya şəraitində, həmçinin Gürcüstanın Türkiyədəki polis attaşesinin birbaşa iştirakı ilə həyata keçirilib.
Qeyd edək ki, qətl hadisəsi iyunun 25-də baş verib.
Ağcabədi rayon sakini Fatimə Kərimova qohumu Emin Əliyev tərəfindən Gürcüstanda qətlə yetirilib.
Fatimə Kərimova tanışı Kənan Əliyevlə birlikdə Gürcüstana gedib. Məlumata görə, Kənan Əliyev Fatimə Kərimovanın pasportunu cıraraq onun Azərbaycana qayıtmasına mane olub. Azərbaycana qayıda bilməyən Fatimə Kərimova qohumu Emin Əliyevdən kömək istəyib. Emin Əliyev Gürcüstana gedərək Fatiməni boğaraq öldürüb və Gürcüstandan Türkiyəyə qaçıb.APA














