Arpaçay körpüsü – Qərbi Azərbaycanın orta əsr memarlıq abidəsi
Arpaçay körpüsü Qərbi Azərbaycanın tarixi ərazilərində, Arpaçay çayı üzərində inşa edilmiş qədim daş körpülərdən biridir. Orta əsrlərdə tikildiyi güman edilən bu memarlıq abidəsi uzun illər bölgənin yaşayış məntəqələrini bir-biri ilə birləşdirən mühüm keçid rolunu oynayıb.
Körpü iri yonulmuş daşlardan və əhəng məhlulu ilə tikilmiş, tağlı memarlıq quruluşu ilə seçilib. Möhkəm konstruksiyası sayəsində əsrlər boyu karvanların, tacirlərin və yerli əhalinin istifadəsində olub.

Arpaçay üzərində yerləşən körpülər qədim karvan yollarının mühüm hissəsini təşkil edirdi. Onlar bölgədə ticarətin inkişafına, yaşayış məntəqələri arasında əlaqələrin möhkəmlənməsinə və iqtisadi həyatın canlanmasına mühüm töhfə verirdi.
Tarixi mənbələrdə Arpaçay üzərindəki ən məşhur körpülər sırasında Soylan körpüsü, Çırpılı körpüsü və Cul körpüsü qeyd olunur. Bu körpülər müxtəlif dövrlərdə inşa edilmiş və bölgənin memarlıq irsinin dəyərli nümunələri hesab edilir.

Bu gün körpülərin bəziləri yalnız qalıqları ilə dövrümüzə gəlib çatsa da, onlar Qərbi Azərbaycanın orta əsr memarlığını və mühəndislik ənənələrini əks etdirən qiymətli tarixi abidələr kimi qiymətləndirilir.
Qərbi Azərbaycan İcması Sumqayıt Nümayəndəliyi
Ramiz İsmayılov















