Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Sahil küçəsində qeydə alınıb.
Belə ki, “Hyundai”, “Chevrolet” və “Toyota” markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində hər 3 avtomobilə ciddi ziyan dəyib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Mənbə: Şəmistan Fikrətli