Haqqımızda

Hörmətli oxucular,

XXI əsr “informasiya əsri” adlandırılsa da, paradoks ondan ibarətdir ki, bolluğun içində etibarlı və obyektiv məlumat çatışmazlığı mövcuddur. İnformasiya müharibələrinin, dezinformasiya şəbəkələrinin və manipulyativ media texnologiyalarının sürətlə yayıldığı bir dövrdə hər kəs düzgün və analitik informasiyaya ehtiyac duyur.

Məhz bu ehtiyac Gündəm24.az saytının yaranmasına səbəb oldu.

Saytın yaradıcısı, jurnalist İlkin Şirinov, media sahəsində topladığı təcrübəni bu platformada gerçəyə çevirdi. Onun məqsədi sadəcə xəbəri paylaşmaq deyil, həm də oxucunu düşündürmək, hadisələrə analitik və obyektiv baxış gətirməkdir.

Gündəm24.az fərqli nədir?

  • Burada siz “reytinq naminə şişirdilmiş” məlumat yox, dəqiq və yoxlanmış informasiya görəcəksiniz.

  • Sadəcə xəbər deyil, analiz və müqayisəli yanaşma ilə təqdim olunan materiallar oxuyacaqsınız.

  • Həm ölkə, həm də dünya gündəmi haqqında aydın və peşəkar təsəvvür formalaşdırmaq imkanınız olacaq.

Biz inanırıq ki, media oxucunun doğru düşüncə formalaşdıran güzgüsü olmalıdır. Ona görə də Gündəm24.az sadəcə xəbər mənbəyi deyil, həm də analitik-informasiya meydanıdır.

Əminik ki, bu yolda oxucularımızın dəstəyi ilə daha böyük uğurlara imza atacağıq.
Çünki niyyətimiz təmiz, yolumuz doğrudur.

Gəlin, gündəmi birlikdə izləyək – Gündəm24.az ilə

Gündəm