Sumqayıt şəhərində bəzi səkilərin vəziyyəti sakinlərin narazılığına səbəb olub.
Sumqayit24.az-a daxil olan məlumata görə, Vərəm əleyhinə Dispanser binasının qarşısında, eləcə də keçmiş “Vaqif” teatrı ilə üzbəüz olan səkilərin asfalt örtüyü dağılıb.
Sakinlərin sözlərinə görə, xüsusilə yağıntılı hava şəraitində bu ərazilərdə hərəkət etmək müşkülə çevrilir. Eyni zamanda vətəndaşlar qeyd ediblər ki, səkilərin yararsız vəziyyəti şəhərin ümumi görünüşünə də mənfi təsir göstərir.
Vətəndaşlar aidiyyəti qurumlardan problemi nəzarətə götürərək qısa müddətdə aradan qaldırmağı xahiş edirlər.













