Şənbə, İyul 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Bakıda tanınmış jurnalistin başına iş gəldi – Görün nə ediblər

18/07/2026 14:24
CƏMİYYƏT
39 1
Bakıda tanınmış jurnalistin başına iş gəldi – Görün nə ediblər
50
Baxış sayı

Paytaxtın Həsən Əliyev küçəsi 15 ünvanında yerləşən “İtaliano Parati” divar kağızları mağazasında istehlakçı hüquqlarının kobud şəkildə tapdalanması, vergidən yayınma və vətəndaşın mülkünə qəsdən ziyan vurulması ilə bağlı növbəti rüsvayçı hadisə ictimaiyyətin ciddi narahatlığına səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı paylaşım edən tanınmış jurnalist Zamirə Dadaşova qeyd edib ki, çağazadan ümumi dəyəri 2300 manat olan divar kağızları alıb və ödənişi nağd şəkildə həyata keçirib. Jurnalistə rəsmi kassa çeki əvəzinə yalnız adi qaimə təqdim edilməsi ilə başlayan qanunsuzluqlar zənciri, sonradan keyfiyyətsiz məhsulun divarda qaralması və mağaza rəhbərliyinin özbaşınalığı ilə pik həddə çatıb.

 

Mağazanın göndərdiyi mütəxəssisin materialın qüsurlu olduğunu etiraf etməsindən və zərərin qarşılanacağı vədindən sonra mənzilə gələn ustalar, divar kağızlarını cıraraq evi bərbad günə qoyub, ardınca isə heç bir iş görmədən mənzili tərk ediblər. Hadisə ilə bağlı artıq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırova və Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova rəsmi müraciətlər ünvanlanıb.

Jurnalistin sözlərinə görə, mağazanın Rasif adlı satıcısı tərəfindən xarici istehsal adı ilə endirimdə satılan divar kağızlarının sonradan yerli və keyfiyyətsiz mal olduğu bəlli olub, yaranmış problemi həll etmək adı ilə evə soxulan ustalar isə mənzilə qəsdən maddi ziyan vurublar: “Mənim pul verib aldığım aboyu sizin ustalarınız hansı ixtiyarla cırıb yerə tökürlər? Əgər dəyişməyəcəkdinizsə, buna nə əsasla müdaxilə etmisiniz? Bəlkə mən həmin qara ləkəli divar kağızları ilə yaşamağa razı olardım? Özünü mağaza müdirinin oğlu kimi təqdim edən Həmid adlı şəxs iradlarımıza məhəl qoymayaraq ‘Gedib kimə istəyirsiniz şikayət edin’ deyib mənzili kobud şəkildə tərk etdi. Mağazanın göndərdiyi ustalar 16 iyul 2026-cı il tarixində evimdəki divar kağızlarını tamamilə sökdükdən sonra heç bir əvəzləmə etməyəcəklərini bildirərək böyük bir özbaşınalığa imza atdılar”.

Dadaşova qeyd edib ki, “İtaliano Parati” mağazasının istehlakçıları aldatması, nağd dövlət rüsumlarından yayınması və vətəndaşın mülki hüquqlarını heçə sayması cəzasız qalmamalı, aidiyyəti dövlət qurumları bu dərəbəyliyə qətiyyətlə son qoymalıdır: “Mən adi, sıradan bir Azərbaycan vətəndaşıyam və dövlətimə, dövlətimin qanunlarına güvənirəm. Bilirəm haqq ədalət məndən yanadır. Bu məsələni sonadək ictimailəşdirəcəyəm ki, başqa vətəndaşların da başına belə oyunlar açılmasın, heç kim bu mağazanın yalanlarının qurbanına çevrilməsin. Mağazanın həm maliyyə fəaliyyəti, həm də istehlakçılara qarşı etdiyi bu qanunsuzluq hüquqi müstəvidə ən sərt şəkildə cəzalandırılmalıdır”.

 

 

Oxşarxəbərlər

II qrup üzrə lider Sumqayıt məktəblisi: “Telefondan normal istifadə edirdim”
CƏMİYYƏT

II qrup üzrə lider Sumqayıt məktəblisi: “Telefondan normal istifadə edirdim”

18/07/2026 13:41
50
İyulun 19-20-si ilə bağlı XƏBƏRDARLIQ
CƏMİYYƏT

İyulun 19-20-si ilə bağlı XƏBƏRDARLIQ

18/07/2026 13:32
55
Sabah dəhşətli İSTİ OLACAQ
CƏMİYYƏT

Sabah dəhşətli İSTİ OLACAQ

18/07/2026 12:47
56
Dənizə gedənlər üçün mühüm xəbər: Ən çox bu çimərliklər… – VİDEO
CƏMİYYƏT

Dənizə gedənlər üçün mühüm xəbər: Ən çox bu çimərliklər… – VİDEO

18/07/2026 12:21
55
Çox dərs oxumayan Paşa necə 400 bal toplayıb? – TƏFƏRRÜAT
CƏMİYYƏT

Çox dərs oxumayan Paşa necə 400 bal toplayıb? – TƏFƏRRÜAT

18/07/2026 11:18
54
Bakıda yağış yağacaq, şimşək çaxacaq
CƏMİYYƏT

Bakıda yağış yağacaq, şimşək çaxacaq

18/07/2026 10:47
60

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Sumqayıtda kanalizasiya xəttində aparılan işdən sonra obyektləri su basdı? – İDDİA

Sumqayıtda kanalizasiya xəttində aparılan işdən sonra obyektləri su basdı? – İDDİA

18/07/2026 14:38
50
Kadırov NATO-ya müharibə elan etdi

Kadırov NATO-ya müharibə elan etdi

18/07/2026 14:35
55
Bakıda tanınmış jurnalistin başına iş gəldi – Görün nə ediblər

Bakıda tanınmış jurnalistin başına iş gəldi – Görün nə ediblər

18/07/2026 14:24
50
Müharibə bitənə qədər ictimaiyyət qarşısına ÇIXMAYACAQ

Müharibə bitənə qədər ictimaiyyət qarşısına ÇIXMAYACAQ

18/07/2026 14:10
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Təpəbaşı məhəlləsi – İrəvanın qədim Azərbaycan məhəlləsi

Təpəbaşı məhəlləsi – İrəvanın qədim Azərbaycan məhəlləsi

17/07/2026 10:18
62

Qərbi Azərbaycanın qədim daş körpülərindən biri – Arpaçay körpüsü

Qərbi Azərbaycanın qədim daş körpülərindən biri – Arpaçay körpüsü

16/07/2026 09:35
70

Qərbi Azərbaycanın memarlıq incisi – Qırmızı körpü

Qərbi Azərbaycanın memarlıq incisi – Qırmızı körpü

15/07/2026 11:37
62

İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

İrəvan xanlığının yadigarı – Dəmirbulaq məscidi

14/07/2026 11:17
63

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.