“Şair orada olmamalıdır, orada blogger olmalıdır.”
NOCOMMENT.az xəbər verir ki, tanınmış yazıçı Həmid Herisçi Kəramət Böyükçöl haqqında danışarkən sərt fikirlər səsləndirib.
Onun sözlərinə görə, müasir dövrün əsas qəhrəmanları artıq bloggerlərdir və Elmlər Akademiyasının qarşısında kitab satılaraq bazar ab-havasının yaradılması təsadüfi deyil, əksinə, məqsədyönlü siyasətin nəticəsidir: “Bax, blogger nədir? Bu gün zamanın qəhrəmanı bloggerdir. İndi bəzi adamlar Elmlər Akademiyasının qarşısında bazar qurur, kitab satırlar. Kimsə buna icazə verirmi? Bir tərəfdə böyük ədəbiyyat iddiası ilə fəaliyyət göstərən ‘Libraff’, arxasında Elmlər Akademiyası, qarşısında isə kitab satışı. Kim Elmlər Akademiyasının qarşısını bazara çevirir? Nə üçün o şairi — əsrin şairini — götürüb mərkəzə çıxarırlar? Bu, məqsədyönlü siyasətdir. Mən deyirəm ki, Azərbaycan mədəniyyətinə qarşı yönəlmiş bu təxribat məqsədlidir. Məqsəd Azərbaycan mədəniyyətinin mərkəzində olan şairi oradan uzaqlaşdırmaqdır. Şair orada olmamalıdır, orada blogger olmalıdır.”














