Goranboy rayonunda dəhşətli qətl hadisəsi baş verib. 57 yaşlı ata aralarında yaranan münaqişə zəminində öz oğlunu bıçaqlayaraq öldürüb.
Gündəm24.az xəbər verir ki, APA-nın yaydığı məlumata görə, incident Goranboy şəhərində yerləşən yaşayış evlərindən birində qeydə alınıb.
Məlumata əsasən, 1969-cu il təvəllüdlü Şahin Aslanov ailə münaqişəsi zəminində oğlu, 1993-cü il təvəllüdlü Elvin Aslanova kəsici-deşici alətlə ağır xəsarətlər yetirib. 33 yaşlı E.Aslanov aldığı xəsarətlərdən hadisə yerindəcə həyatını itirib.
Bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal hadisə yerinə cəlb olunub. Polisin keçirdiyi operativ tədbirlər nəticəsində qətl əməlini törətməkdə şübhəli bilinən Ş.Aslanov saxlanılaraq istintaqa təhvil verilib.
Mərhumun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Goranboy rayon şöbəsinə təhvil verilib.
Qeyd edək ki, faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.














