Cümə, Aprel 10, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Gələcəkdə Azərbaycanda heç kim ev ala bilməyəcək

31/10/2025 11:20
Gündəm, İqtisadiyyat, Manşet
45 2
Gələcəkdə Azərbaycanda heç kim ev ala bilməyəcək
60
Baxış sayı

Mərkəzi Bankın yeni hesablamalarına görə, Bakıda maaşla mənzil almaq üçün 18 ildən çox işləmək lazımdır. Qeyd edək ki, qonşu Gürcüstanda bu göstərici orta hesabla 13 il, Ermənistanda isə 10 ildir.

Ölkəmizdə mənzillərin qiymətinin yüksək olmasının səbəbi nədir? Hansı problemlər orta və aşağı gəlirli təbəqənin mənzil sahibi olmasını çətinləşdirir?

Gundem24.az xəbər verir ki, məsələ ilə bağlı Publika.az-a açıqlamasında iqtisadçı Razi Abasbəyli bildirib ki, Azərbaycanda orta aylıq gəlir Gürcüstan və Ermənistandan aşağı, mənzil qiymətləri isə daha bahadır.

Onun sözlərinə görə, Gürcüstan və Ermənistanda vətəndaşların gəlirləri yüksək, lakin daşınmaz əmlakın 1 kvadratmetri Azərbaycana nisbətən 20-40 faiz ucuzdur.

İqtisadçı ölkəmizdə mənzil qiymətlərinin baha olmasının bir neçə səbəbini sadaladı:

“İnvestisiya məqsədli alışlar: Azərbaycanda, xüsusən Bakıda mənzillər çox zaman yaşamaq üçün deyil, investisiya məqsədilə alınır. Həmin mənzillər hətta çox vaxt boş qalır. Bu da bazarda süni qıtlıq yaradır və qiymətlərin bahalaşmasına səbəb olur.

İnhisar və qeyri-şəffaflıq: Tikinti sahəsində inhisarçılıq, torpaq və material bazarındakı nəzarətsizlik, rəqabətsiz mühit qiymətləri artırır. Eyni zamanda güzəştli mənzil layihələrinin satışı zamanı pozuntular və şəffaflığın olmaması da ciddi problemdir.

İmmiqrantların rolu: Azərbaycanın mənzil bazarında immiqrantlar da rol oynayır. Xaricdən gələn pul vəsaitləri ilə Azərbaycanda, xüsusilə Bakıda əmlak alınması da bazarda süni qiymət artımına səbəb olur.

Söküntü işlərinin təsiri: Bakıda mərkəzi ərazilərdə aparılan söküntülər nəticəsində sakinlər ətraf qəsəbələrdə mənzil axtarırlar. Bu da əlavə tələbat yaradır və qiymətlərin yüksək qalmasına səbəb olur”.

Razi Abasbəyli onu da qeyd etdi ki, Azərbaycanda mənzil bazarında sosial layihələrin çatışmazlığı mövcuddur:

“Ölkəmizdə aztəminatlı şəxslərin də mənzil ala bilməsi üçün sosial ipoteka və güzəştli mənzil proqramlarının şəffaf və genişmiqyaslı tətbiqinə ehtiyac var. Hazırda bu güzəştli proqramlarda kütləvi qanun pozuntuları baş verir. Bu sahədə cinayət işləri də açılıb, lakin problemin tam aradan qalxdığı görünmür.

Gələcək proqnozlardan danışsaq, Qarabağda məskunlaşma davam etdikcə və Bakıya axın azaldıqca uzunmüddətli dövrdə mənzil bazarında qiymət sabitləşə bilər. Lakin yaxın bir neçə ildə Bakıda mənzil qiymətlərində ucuzlaşma gözlənilmir”.

Əmlak eksperti Ramil Osmanlı isə bildirdi ki, Azərbaycanda mənzil bazarındakı qiymətlərlə orta aylıq əməkhaqqı bir-biri ilə ekvivalent təşkil etmir:

“Hazırda Bakıda orta mənzil qiyməti Tbilisi və İrəvanla müqayisədə təxminən 30-40 faiz bahadır. Bahalığın səbəblərindən biri investisiya mühitindəki məhdudiyyətlərdir. Azərbaycanda tikinti sahəsində tətbiq olunan qanunvericilik və inzibati tədbirlər, sıxlıq əmsalları, şəhər zonalaşması prinsiplərinə sərt əməl olunması və tikinti şirkətlərinin əsasən şəhərin mərkəzinə yönəlməsi qiymətlərə təsir edir. Həmçinin, Bakının mərkəzində alternativ torpaq resurslarının azlığı, bu sahələrin dəyərini daha da artırır və nəticədə bu xərclər mənzil qiymətlərinə təsir edir.

Qiymət artımlarının digər səbəblərindən biri də tikinti sektorunun uzunmüddətli investisiya tələb etməsidir. Yəni bu sahəyə yatırılan vəsaitin qısa müddətdə geri qayıtma ehtimalı aşağıdır. Eyni zamanda, milli valyutanın xarici valyutalara qarşı dəyər itirməsi, tikinti materialları bazarında qiymət artımı və digər iqtisadi risklər sahibkarları daha sərt qiymət siyasətinə sövq edir.

Bu səbəbdən, tikinti şirkətləri “baha satım, amma risksiz satım” yanaşmasına üstünlük verirlər. Bu da nəticə etibarilə mənzil satışlarını azaldır və əhalinin, xüsusilə də orta və aşağı gəlirli təbəqənin mənzil sahibi olmasını çətinləşdirir. Kirayə bazarına olan tələbin artması da bu səbəblə bağlıdır. Yekun olaraq, Azərbaycanda mənzil bazarındakı qiymət artımının başlıca səbəbləri yüksək tikinti xərcləri, sərt tənzimləyici mühit və uzunmüddətli iqtisadi risklərdir”.

Ekspert əlavə etdi ki, Azərbaycanda investisiya mühitinin müsbətə doğru dəyişməsi üçün çox ciddi islahatlar aparılmalıdır:

“Hazırda bəzi islahatlar həyata keçirilir. Lakin bu daha dərin və sistemli şəkildə aparılmalıdır ki, xüsusilə də xaricdən Azərbaycana kapital axını sürətlənsin.Yalnız bundan sonra bu sahədə ciddi irəliləyişlərə nail olmaq mümkündür.

Mənzil əlçatanlığının artması isə birbaşa əhalinin gəlirlərinin artımı ilə bağlı məsələdir. Əgər insanların gəlirləri kifayət qədər deyilsə və birbaşa mənzil alışı mümkün olmursa, heç olmasa, ipoteka yolu ilə mənzil əldə etməyə şərait yaradılmalıdır.

Bu istiqamətdə isə Azərbaycanda bank sektorunun və ümumilikdə maliyyə bazarlarının mövcud problemləri aradan qaldırılmalı, faiz dərəcələri aşağı salınmalı və ipoteka proqramları daha səmərəli, əlçatan formada qurulmalıdır”.

Oxşarxəbərlər

İlham Əliyev onları təltif etdi – ADLAR
Manşet

İlham Əliyev onları təltif etdi – ADLAR

10/04/2026 15:16
54
Sumqayıtda geyim mağazası bağlandı – VİDEO
Gündəm

Sumqayıtda geyim mağazası bağlandı – VİDEO

10/04/2026 13:53
58
Onların hərbi xidmət müddəti AZALDILDI- QANUN İMZALANDI
Manşet

Onların hərbi xidmət müddəti AZALDILDI- QANUN İMZALANDI

09/04/2026 16:53
57
Prezident ona general-mayor rütbəsi VERDİ — DOSYE
Manşet

Prezident ona general-mayor rütbəsi VERDİ — DOSYE

09/04/2026 15:11
56
Türkiyə daxili işlər naziri İlham Əliyevin qəbulunda – FOTOLAR
Manşet

Türkiyə daxili işlər naziri İlham Əliyevin qəbulunda – FOTOLAR

09/04/2026 12:07
54
İlham Əliyev Litvanın baş nazirini qəbul etdi
Manşet

İlham Əliyev Litvanın baş nazirini qəbul etdi

09/04/2026 11:59
59

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Xamenei ortaya çıxdı: Xalqa görün nələr deyəcək…

Xamenei ortaya çıxdı: Xalqa görün nələr deyəcək…

10/04/2026 15:54
53
SƏRT TƏPKİ: Tramp onun üstünə elə bağırdı ki…

SƏRT TƏPKİ: Tramp onun üstünə elə bağırdı ki…

10/04/2026 15:53
53
Tokayev HİDDƏTLƏNDİ: “Sərt tədbir görəcəyik”

Tokayev HİDDƏTLƏNDİ: “Sərt tədbir görəcəyik”

10/04/2026 15:53
51
Azərbaycandan raket buraxılıb? – RƏSMİ AÇIQLAMA

Azərbaycandan raket buraxılıb? – RƏSMİ AÇIQLAMA

10/04/2026 15:51
53

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

Süfrələrin Etibar Seçimi: “Ovçular” Necə Keyfiyyət Markasına Çevrildi?-VİDEO

08/04/2026 11:04
149

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
64

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyinin Gənclər Şurasının üzvləri Aprel döyüşləri zamanı şəhid olmuş qəhrəmanların xatirəsini yad ediblər.

06/04/2026 12:00
115

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

Qərbi Azərbaycan İcmasının Sumqayıt Nümayəndəliyində görüş keçirilib-FOTOLAR

02/04/2026 17:25
132

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.