Cümə, Avqust 14, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Universitetlər regionlara KÖÇÜRÜLÜR? – Əvvəl İNFRASTRUKTUR, sonra ali məktəb

12/08/2026 18:48
Elm və təhsil
42 3
Universitetlər regionlara KÖÇÜRÜLÜR? – Əvvəl İNFRASTRUKTUR, sonra ali məktəb
57
Baxış sayı

“Universitetlərin Bakı şəhərindən regionlara köçürülməsi ideyasına yalnız paytaxtın yükünün azaldılması prizmasından yanaşmaq düzgün olmaz. Burada əsas məqsəd universitetlərin sadəcə fiziki olaraq başqa şəhərə köçürülməsi deyil, onların vasitəsilə regionlarda yeni iqtisadi, sosial və elmi mərkəzlərin formalaşdırılması olmalıdır”.

 

Fuad Hacıyev evimizi satdırdı, 50 min manatımızı aldı” - SƏNƏD Pravda.az

Bu fikirləri təhsil məsələləri üzrə ekspert Fuad Hacıyev KONKRET.az-a açıqlamasında səsləndirib.

Ekspertin sözlərinə görə, Türkiyə təcrübəsinə baxdıqda, demək olar ki, ölkənin əksər şəhərlərində universitetlərin fəaliyyət göstərdiyi görünür. Lakin Azərbaycan reallığında eyni modeli birbaşa tətbiq etmək çətindir.

“Məsələn, bu gün Ucarda böyük bir universitetin yaradılmasını təsəvvür etdikdə ilk ortaya çıxan məsələ universitet binasının tikintisi deyil, şəhərin buna nə dərəcədə hazır olmasıdır.

Tələbə həyatının ən gözəl və aktiv illərinin 4-5 ili universitetdə keçir. Ona yalnız auditoriya və yataqxana təklif etmək kifayət deyil. Şəhərdə normal ictimai nəqliyyat, sürətli internet, kafe və restoranlar, idman və əyləncə məkanları, parklar, tələbə klubları, mədəni həyat və digər xidmətlər də olmalıdır. Əks halda, gənci Bakıdan regiona göndərməklə keyfiyyətli tələbə həyatı yaratmaq mümkün olmayacaq.

Ona görə də yanaşma əksinə olmalıdır: əvvəl region universitetə hazırlanmalı, daha sonra universitet həmin əraziyə yerləşdirilməlidir”, – deyə F.Hacıyev bildirib. Ekspert qeyd edib ki, bu proses mərhələli şəkildə həyata keçirilə bilər.

“İlk növbədə hansı regionun hansı istiqamət üzrə inkişaf potensialına malik olduğu müəyyənləşdirilməlidir. Daha sonra həmin ərazidə tələbə və müəllimlərin rahat yaşayışı üçün zəruri infrastruktur qurulmalıdır. Növbəti mərhələdə isə regionun iqtisadi potensialına uyğun ixtisaslaşmış universitet yaradılmalıdır. Məsələn, Ucarda klassik, bütün ixtisasların tədris edildiyi universitet əvəzinə güclü mühəndislik və texnologiya universiteti yaratmaq mümkündür. Burada alternativ və bərpa olunan enerji, elektrik və elektronika mühəndisliyi, mexatronika, avtomatlaşdırma, süni intellekt, aqrar texnologiyalar, su mühəndisliyi, logistika və digər müasir istiqamətlər üzrə kadrlar hazırlana bilər. Universitetin ətrafında texnoparkların, laboratoriyaların və şirkətlərin tədqiqat mərkəzlərinin yaradılması isə layihəni sadəcə ali təhsil müəssisəsi olmaqdan çıxararaq regional inkişaf mərkəzinə çevirə bilər”, – ekspert vurğulayıb.

F.Hacıyev hesab edir ki, Azərbaycan üçün “hər rayona bir universitet” modelindən daha çox regional ixtisaslaşmış universitetlər modelinin tətbiqi məqsədəuyğundur.

“Bir region mühəndislik və energetika, digəri kənd təsərrüfatı və qida texnologiyaları, başqa bir region turizm, digər ərazi isə logistika və sənaye üzrə ixtisaslaşa bilər. Sonrakı mərhələdə bu universitetlər beynəlxalq səviyyəyə çıxarıla bilər. İngilis dilində proqramların açılması, xarici professorların cəlb edilməsi, ikili diplom proqramlarının yaradılması və beynəlxalq akkreditasiyaların alınması nəticəsində xarici tələbələrin regionlara cəlb edilməsi də real hədəfə çevrilə bilər. Xarici tələbənin regiona gəlməsi isə yalnız universitet üçün gəlir demək deyil. Həmin tələbə kirayə mənzil tutur, restoran və kafelərdən istifadə edir, alış-veriş edir, nəqliyyata və müxtəlif xidmətlərə pul xərcləyir. Minlərlə tələbənin yaşadığı ərazidə yeni bizneslərin, iş yerlərinin və xidmət sahələrinin yaranması üçün əlavə imkanlar formalaşır. Beləliklə, universitet region üçün sadəcə təhsil müəssisəsi deyil, iqtisadi inkişafın mühərrikinə çevrilə bilər”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, universitetlərin Bakıdan regionlara köçürülməsi mümkündür, lakin bu proses tələsik və yalnız inzibati qərar əsasında həyata keçirilməməlidir.

“Əvvəl infrastruktur, sonra ixtisaslaşma, daha sonra universitet və onun ətrafında formalaşacaq iqtisadi ekosistem qurulmalıdır.

Məqsəd sadəcə Bakıda tələbələrin sayını azaltmaq deyil. Əsas hədəf universitetlər vasitəsilə Azərbaycanın regionlarında yeni inkişaf, elm, texnologiya və iqtisadiyyat mərkəzlərinin yaradılması olmalıdır”, – F.Hacıyev əlavə edib.

Oxşarxəbərlər

Abituriyentlərin NƏZƏRİNƏ – Məleykə Abbaszadədən VACİB XƏBƏRDARLIQ
Elm və təhsil

Abituriyentlərin NƏZƏRİNƏ – Məleykə Abbaszadədən VACİB XƏBƏRDARLIQ

13/08/2026 12:06
55
Məktəbli formalarının YENİ QİYMƏTLƏRİ BƏLLİ OLDU!
Elm və təhsil

Məktəbli formalarının YENİ QİYMƏTLƏRİ BƏLLİ OLDU!

13/08/2026 10:46
56
VALİDEYNLƏRİN NƏZƏRİNƏ: Məktəblərin açılış TARİXİ BƏLLİ OLDU!
Elm və təhsil

VALİDEYNLƏRİN NƏZƏRİNƏ: Məktəblərin açılış TARİXİ BƏLLİ OLDU!

12/08/2026 18:40
57
SDU-da QİYMƏTLƏR ARTDI – Tələbələri nə gözləyir?
Elm və təhsil

SDU-da QİYMƏTLƏR ARTDI – Tələbələri nə gözləyir?

12/08/2026 16:30
53
Məzunlarla bağlı GÖZLƏNİLMƏZ YENİLİK
Elm və təhsil

Məzunlarla bağlı GÖZLƏNİLMƏZ YENİLİK

11/08/2026 15:24
61
Müəllimlərin maaşı ilə bağlı yeni təklif – Şagirdlərin nəticəsinə görə hesablanacaq?
Elm və təhsil

Müəllimlərin maaşı ilə bağlı yeni təklif – Şagirdlərin nəticəsinə görə hesablanacaq?

11/08/2026 08:43
56

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

“Global Media”nın əməkdaşı HƏYATINI İTİRDİ

“Global Media”nın əməkdaşı HƏYATINI İTİRDİ

14/08/2026 11:05
55
Zaqatalada YENİYETMƏ QƏZA TÖRƏTDİ

Zaqatalada YENİYETMƏ QƏZA TÖRƏTDİ

14/08/2026 10:24
54
Bakı metrosunda YENİLİK – Sərnişinlərin NƏZƏRİNƏ!

Bakı metrosunda YENİLİK – Sərnişinlərin NƏZƏRİNƏ!

14/08/2026 09:45
56
Kainatda SİRLİ OBYEKT AŞKARLANDI – ŞOK KƏŞF!

Kainatda SİRLİ OBYEKT AŞKARLANDI – ŞOK KƏŞF!

14/08/2026 09:34
54

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın tarixi kəndi – Nəzirəvan

Qərbi Azərbaycanın tarixi kəndi – Nəzirəvan

14/08/2026 08:27
65

Samuxda Qarayara Təhlükəsi: İlkin Şirinovdan Şok Xəbərdarlıq!

Samuxda Qarayara Təhlükəsi: İlkin Şirinovdan Şok Xəbərdarlıq!

13/08/2026 20:17
98

Qərbi Azərbaycanın meşələr qoynundakı kəndi – Qoş

Qərbi Azərbaycanın meşələr qoynundakı kəndi – Qoş

13/08/2026 09:50
64

Medvedevdən sərt danışdı: “Rusiya dərhal vuracaq”

Medvedevdən sərt danışdı: “Rusiya dərhal vuracaq”

12/08/2026 13:53
68

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.