Cümə, Avqust 14, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Xəzərdə GÖZƏGÖRÜNMƏZ TƏHLÜKƏ – İnsanları necə aparır?

14/08/2026 08:17
CƏMİYYƏT
48 0
Xəzərdə GÖZƏGÖRÜNMƏZ TƏHLÜKƏ – İnsanları necə aparır?
61
Baxış sayı

Xəzər dənizində insan tələfatı ilə nəticələnən boğulma hallarının sayı cəmiyyətdə ciddi narahatlıq yaradır. Demək olar ki, hər gün dənizdə gənc və orta yaşlı insanlar batır.

Bəs Xəzər niyə bu qədər insanın həyatına son qoyur? İnsanların suda boğulmasının qarşısını almaq niyə mümkün olmur? Dənizdə boğularaq ölənləri sayı nə üçün kəskin artır? Xəzərdə boğulma hallarının əsas səbəbləri nələrdir və illərdir bu problemin qarşısını almaq niyə mümkün olmayıb?

Gündəm24.az bildirir ki, globalinfo.az-a danışan ekoloq Qorxmaz İbrahimli deyib ki, suda boğulma məsələsi, ilk növbədə, mədəniyyətimiz və təhsilimizlə bağlıdır:

“Burada həm aidiyyəti dövlət qurumlarının, həm də valideynlərin məsuliyyəti var. Çünki hər şey ailədən başlayır. Valideynlərin bir çoxu özləri üzməyi bilmədiyi kimi, uşaqlarına da bunu öyrətmirlər. Uşaqlarımızın təhsilinə illərlə böyük vəsaitlər hesabına yatırım edirik, amma onları həyata hazırlamırıq. Üzmək də həyat üçün vacib bacarıqlardan biridir. Xəzər dənizi bizim üçün böyük nemətdir. Dünyanın müxtəlif yerlərindən insanlar Xəzərə üzmək üçün gəlirlər, biz isə sahilində doğulub böyüdüyümüz dənizdə üzməyi çox vaxt bilmirik. Sonra da baş verən bədbəxt hadisələrə görə Xəzəri günahlandırırıq. Halbuki dənizin heç bir günahı yoxdur, insanlara üzməyi öyrətmək lazımdır”.

Ekoloqun fikrincə, Elm və Təhsil Nazirliyi ilə Nazirlər Kabineti məktəblərdə hovuzların yaradılması və üzgüçülüyün məcburi şəkildə öyrədilməsi barədə düşünməlidir:

“Hovuz yaratmaq mümkün olmasa belə, uşaqlara ən azı su təhlükəsizliyi, suda davranış və üzmənin əsas qaydaları öyrədilməlidir. Uşaqları itdən qorxutmaq əvəzinə itlə dost olmağa hazırladığımız kimi, dənizlə də dost olmağı, sudan qorxmamağı və təhlükəni düzgün qiymətləndirməyi öyrətməliyik. Mən özüm hər gün dənizdə üzürəm və üzməyi bacaran yüzlərlə uşağın da dənizdən təhlükəsiz istifadə etdiyini görürəm. Həmişə deyirəm, dənizdə batmaq ayıbdır”.

qorxmaz 121
Qorxmaz İbrahimli

Q.İbrahimli deyib ki, gənclərimiz boğulanda ailələr övladlarını, dövlət gənc kadrlarını, orta yaşlı insanlar boğulanda isə ailələr valideynlərini itirir:

“Bunun qarşısını almaq üçün televiziya və mətbuat vasitəsilə üzgüçülük mədəniyyəti, suda davranış və təhlükəsizlik qaydaları geniş şəkildə təbliğ olunmalıdır. Əsas məsələ isə üzməyi uşaqlıqdan öyrətməkdir”.

Deputat Ceyhun Məmmədov isə bildirib ki, bu qədər hadisənin baş verməsi çox üzücü və narahatedicidir:

“Təəssüf ki, hələ də Xəzərdə, Kürdə və digər su hövzələrində hər gün insanlarımızı, xüsusilə gənclərimizi itiririk. Bu, hər birimizi ciddi şəkildə düşündürməli və narahat etməlidir. Hesab edirəm ki, ilk növbədə ciddi maarifləndirmə və təbliğat işlərinə, eyni zamanda nəzarətə ehtiyac var. İnsanlar təhlükəsizlik qaydalarına əməl etməli, üzməyi bilmirlərsə, dərinliyə getməməli, küləkli və təhlükəli havada suya girməməli, icazə verilməyən yerlərdə çimməməlidirlər”.

Ceyhun Memmedov
Ceyhun Məmmədov

C.Məmmədov deyib ki, əgər insanlar suya girməyə icazə verilməyən yerlərdə çimirlərsə, məsuliyyət ilk növbədə onların öz üzərinə düşür:

“Hər kəs dəniz və digər su hövzələri ilə münasibətdə daha diqqətli olmalıdır. Əsas səbəblərdən biri də insanların xəbərdarlıqlara, çağırışlara və tövsiyələrə əməl etməməsidir. Buna görə təhlükəsizlik qaydalarının təbliği və onlara riayət olunmasına nəzarət gücləndirilməlidir”.

 

Oxşarxəbərlər

Bakı metrosunda YENİLİK – Sərnişinlərin NƏZƏRİNƏ!
CƏMİYYƏT

Bakı metrosunda YENİLİK – Sərnişinlərin NƏZƏRİNƏ!

14/08/2026 09:45
53
620 manatdan başlayan mənzilləri KİMLƏR ALA BİLƏR?
CƏMİYYƏT

620 manatdan başlayan mənzilləri KİMLƏR ALA BİLƏR?

14/08/2026 09:21
52
Bakıda İSTİLƏRİN SƏBƏBİ BƏLLİ OLDU – Gözümüzün önündə
CƏMİYYƏT

Bakıda İSTİLƏRİN SƏBƏBİ BƏLLİ OLDU – Gözümüzün önündə

14/08/2026 09:06
54
DİQQƏT: Bu ərazilərdə İŞIQ KƏSİLƏCƏK!
CƏMİYYƏT

DİQQƏT: Bu ərazilərdə İŞIQ KƏSİLƏCƏK!

14/08/2026 08:28
61
Bu gün hava NECƏ OLACAQ? – PROQNOZ AÇIQLANDI!
CƏMİYYƏT

Bu gün hava NECƏ OLACAQ? – PROQNOZ AÇIQLANDI!

14/08/2026 08:06
60
Bakıda Yollar Bağlanır – Avqustun 14-dən Etibarən XƏBƏRDARLIQ
CƏMİYYƏT

Bakıda Yollar Bağlanır – Avqustun 14-dən Etibarən XƏBƏRDARLIQ

13/08/2026 21:50
58

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Global Media”nın əməkdaşı HƏYATINI İTİRDİ

Global Media”nın əməkdaşı HƏYATINI İTİRDİ

14/08/2026 11:05
51
Zaqatalada YENİYETMƏ QƏZA TÖRƏTDİ – Yaralılar var!

Zaqatalada YENİYETMƏ QƏZA TÖRƏTDİ – Yaralılar var!

14/08/2026 10:24
51
Bakı metrosunda YENİLİK – Sərnişinlərin NƏZƏRİNƏ!

Bakı metrosunda YENİLİK – Sərnişinlərin NƏZƏRİNƏ!

14/08/2026 09:45
53
Kainatda SİRLİ OBYEKT AŞKARLANDI – ŞOK KƏŞF!

Kainatda SİRLİ OBYEKT AŞKARLANDI – ŞOK KƏŞF!

14/08/2026 09:34
52

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Qərbi Azərbaycanın tarixi kəndi – Nəzirəvan

Qərbi Azərbaycanın tarixi kəndi – Nəzirəvan

14/08/2026 08:27
65

Samuxda Qarayara Təhlükəsi: İlkin Şirinovdan Şok Xəbərdarlıq!

Samuxda Qarayara Təhlükəsi: İlkin Şirinovdan Şok Xəbərdarlıq!

13/08/2026 20:17
94

Qərbi Azərbaycanın meşələr qoynundakı kəndi – Qoş

Qərbi Azərbaycanın meşələr qoynundakı kəndi – Qoş

13/08/2026 09:50
64

Medvedevdən sərt danışdı: “Rusiya dərhal vuracaq”

Medvedevdən sərt danışdı: “Rusiya dərhal vuracaq”

12/08/2026 13:53
68

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.