Bərdə rayonunda yetkinlik yaşına çatmayan qızla intim münasibətdə olan 1981-ci il təvəllüdlü Ş.Muxtarova (şərti) hökm oxunub.
Bildirilib ki, Laçın rayonundan olan Ş.Muxtarov 2023-cü ilin noyabrından 2024-cü ilin yanvarınadək müxtəlif vaxtlarda Bərdədə dostunun evində həmin şəxsin qızı ilə intim münasibətdə olub. 2024-cü ildə qızın hamilə olması üzə çıxdıqdan sonra onun barəsində yerli polis şöbəsində cinayət işi açılıb və həbs edilib.
Ş.Muxtarovun barəsindəki məhkəmə prosesi isə nəhayət bir neçə gün əvvəl başa çatıb. Təqsirləndirilən şəxs və zərərçəkmiş qız ifadələrində könüllü şəkildə münasibətdə olduqlarını, bir-birlərini bəyəndiklərini bildiriblər.














