Türkiyə Voleybol Federasiyası (TVF) 2026-cı il CEV Avropa Çempionatı öncəsi “Milli Komandaların Qala Gecəsi” təşkil edib.
Gündəm24.az NOCOMMENT.az- istinadən xəbər verir ki, İstanbulda yerləşən hotellərdən birində keçirilən tədbirdə TVF prezidenti Mehmet Akif Üstündağ, federasiyanın idarə heyətinin üzvləri, kişi və qadın milli komandalarının üzvləri, məşqçilər və çoxsaylı qonaqlar iştirak ediblər.
Gecənin diqqətçəkən simaları arasında Türkiyə qadın milli voleybol komandasının oyunçuları da olub. “Tor Kraliçaları” tədbirə seçdikləri dəbli geyimlərlə qatılaraq diqqət çəkiblər.
Milli komandanın ulduz voleybolçularından Zəhra Günəş isə qırmızı libası ilə gecənin ən çox diqqət çəkən simalarından biri olub.
Günəşin zərif və dəbli görünüşü tədbir iştirakçılarının diqqətini cəlb edib. Onun gecə üçün seçdiyi qırmızı libas sosial mediada da maraq doğurub.
Qeyd edək ki, Türkiyə qadın milli voleybol komandası qarşıdakı CEV Avropa Çempionatında mübarizə aparacaq.
















