Əməkdar artist Mətanət İsgəndərlinin evindən görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.
Gündəm24.az xəbər verir ki, sənətçinin yeni tikili binadakı mənzilindən yayılan kadrların “Evdəkilərə salam” verilişindən olduğu bildirilib.
Videoda Mətanət İsgəndərlinin yaşadığı mənzilin interyerindən müxtəlif görüntülər yer alıb. Evin genişliyi və dəbdəbəli tərtibatı izləyicilərin diqqətini çəkib.
Sosial şəbəkələrdə yayılan görüntülər qısa zamanda müzakirə olunub. İstifadəçilər sənətçinin mənzilinin görünüşü ilə bağlı müxtəlif fikirlər səsləndiriblər.














