Ağdaşda kişi arvadını və oğlunu bıçaqlayıb.
Gündəm24.az xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb.
1967-ci il təvəllüdlü Arzu Əhmədov münaqişə zəminində həyat yoldaşı Aygün Əhmədovaya və 17 yaşlı oğlu F.Əhmədova bıçaq xəsarəti yetirib.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində araşdırma başlanılıb.Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb/teleqraf














