Xalq artisti, opera ifaçısı Elçin Əzizov oğlu Cəmillə bağlı paylaşım edib.
Gündəm24.az xəbər verir ki, sənətçi övladının ad günü olduğunu bildirib. O, ailəsi ilə birlikdə çəkdirdiyi fotoları sosial şəbəkədə paylaşaraq oğlunu təbrik edib:
“Ad günün mübarək, Cəmil. Sən bizim davamçımızsan! Səni sevirik”.
E.Əzizovun xanımı Həmidə Məlikova da Cəmillə birlikdə görüntülərini yayımlayaraq onu təbrik edib:
“Ad günün mübarək, mənim xoşbəxtliyim. Qoy şans həmişə səninlə olsun. Uca Allah səni qorusun. Uzun və xoşbəxt ömür yaşa. Məqsədlərinə çat, arzularını və istəklərini həyata keçir, həyatdan və sevgidən zövq al. Sağlamlığın hər zaman möhkəm olsun”.//axşam.az
















