Sosial şəbəkədə “hemistyle” adı ilə tanınan bloger Həmidə Səlimova Naxçıvanda yerləşən “Əshabi-Kəhf” ziyarətgahından etdiyi paylaşımına görə tənqid olunub.
Gündəm24.az xəbər verir ki, buna səbəb blogerin geyimi və video çəkilişi olub. Belə ki, Həmidə Səlimova kompleksə qısa donla gedib, kamera qarşısında müxtəlif pozalar verərək video çəkdirib.
Paylaşım sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub. Bir sıra istifadəçilər “Əshabi-Kəhf”in yalnız turistik məkan deyil, müqəddəs ziyarətgah olduğunu vurğulayaraq burada geyim və davranış qaydalarına həssas yanaşılmasının vacibliyini qeyd ediblər.
Yaranan tənqidlərdən sonra Həmidə sözügedən paylaşımı sosial şəbəkə hesabından silib.//axşam.az













