Hazırda həbsdə olan Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin səhhətində problem yaranıb.
Gündəm24.az Gununsesi.info-ya istinadən xəbər verir ki, bu barədə onun yaxınları deyib.
Məlumata görə, Pentensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan Mahir Quliyevin durumu kəskin pisləşdiyindən onu Bakı Sağlamlıq Mərkəzinə köçürüblər.
Hazırda durumun ağır olduğu deyilən icra başçısıın qarın nayihəsində kəskin şişin yarandığı və huşsuz vəziyyətə düşdüyü deyilir.














