Cümə, Sentyabr 18, 2026
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə
Gündəm24.az
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
  • Gündəm
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Hərbi
  • Qarabağ
  • Elm və təhsil
  • Şou-biznes
  • Kriminal
  • Digər
    • İdman
    • Maraqlı
    • Mədəniyyət
    • Müsahibə
    • Özəl
    • Qərbi Azərbaycan
    • Sağlamlıq
    • DİN
    • CƏMİYYƏT
    • HAVA
Nəticə tapılmadı
View All Result
Gündəm24.az
Nəticə tapılmadı
View All Result

Ətin qiyməti artacaq? – Yaxın aylarla bağlı AÇIQLAMA

18/09/2026 10:47
CƏMİYYƏT
807 25
Ətin qiyməti artacaq? – Yaxın aylarla bağlı AÇIQLAMA
688
Paylaşım sayı
956
Baxış sayı
SƏSİ YOXLA - BURANI BAS

Azərbaycanda havaların soyuması ilə ətə tələbatın artması qiymətlərə təsir göstərə bilər. Bəs qarşıdakı aylarda ətin qiymətində kəskin bahalaşma gözlənilirmi?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli KONKRET.az-a açıqlamasında ət bazarında qiymət dinamikasına təsir edən amillərdən danışıb.

Ekspert bildirib ki, havaların soyuması adətən ətə tələbatı artırır. Bunun əsas səbəbi insanların qidalanma vərdişlərinin dəyişməsi, isti yeməklərə, kabab və ət əsaslı xörəklərə marağın artmasıdır. Lakin tələbatın yüksəlməsi avtomatik olaraq qiymətlərin kəskin bahalaşacağı anlamına gəlmir:

“Qiymətin formalaşmasında təklif tərəfi də ən az tələbat qədər vacibdir. Hazırkı şəraitdə Azərbaycanda ət bazarına təsir edən bir neçə amil eyni vaxtda fəaliyyət göstərir. Bir tərəfdən, mövsümi tələbat artımı qiymətlərə yuxarı istiqamətli təzyiq yaradır. Digər tərəfdən isə idxal imkanları və daxili istehsal qiymətlərin daha sürətli yüksəlməsinin qarşısını qismən alır”.

Akif Nəsirlinin sözlərinə görə, ölkəyə idxal olunan ətin orta qiymətində artım müşahidə olunur. İdxalın dəyərinin yüksəlməsi isə yerli bazarda da müəyyən bahalaşma riski yaradır.

“Bununla yanaşı, heyvandarlıq sektorunda yem, logistika və əmək xərclərinin yüksək qalması istehsalçıların maya dəyərini artırır. Ət istehsalında xərclərin böyük hissəsi yem təminatı ilə bağlıdır. Bu istiqamətdə baş verən bahalaşmalar son nəticədə satış qiymətlərinə də ötürülür”, – deyə ekspert qeyd edib.

Yaxın həftələrdə kəskin bahalaşma gözlənilmir

Ekspert hesab edir ki, qısa müddətdə, yəni yaxın həftələr ərzində ətin qiymətində kəskin sıçrayışdan daha çox, tədrici və məhdud artım ehtimalı yüksəkdir.

“Bazarda mövsümi tələbat artımı olsa da, satıcılar və idxalçılar bunu əvvəlcədən nəzərə alırlar. Buna görə də qiymətlər bir neçə gün ərzində deyil, daha çox həftələr və aylar ərzində dəyişməyə meylli olur”, – Akif Nəsirli bildirib.

Qarşıdakı aylarda qiymətlər necə dəyişəcək?

Nəsirlinin fikrincə, qarşıdakı aylarda ətin bahalaşması ehtimalı ucuzlaşma ehtimalından bir qədər yüksək görünür. Buna yalnız mövsümi tələbat artımı deyil, həm də heyvandarlıq xərclərinin yüksəlməsi, bəzi kateqoriyalar üzrə təklifin məhdudlaşması və idxal olunan məhsulların bahalaşması təsir edir.

“Yaxın perspektivdə ət bazarında kəskin ucuzlaşma deyil, daha çox qiymət sabitliyi və ya məhdud qiymət artımları gözlənilir. Əgər yem bazarında, idxal qiymətlərində və ya logistika xərclərində əlavə bahalaşmalar baş verərsə, bu zaman artım daha nəzərəçarpan ola bilər”, – deyə ekspert vurğulayıb.

Beləliklə, havaların soyuması ilə əlaqədar ətə tələbatın artması qiymətlərə müəyyən təsir göstərə bilər. Lakin hazırkı proqnoza əsasən, yaxın aylarda ən ehtimal olunan ssenari kəskin bahalaşma deyil, mərhələli və mülayim qiymət artımıdır.

Oxşarxəbərlər

Azərbaycanda Qəbiristanlıqla bağlı CƏRİMƏLƏR: BUNU ETSƏNİZ…
CƏMİYYƏT

Azərbaycanda Qəbiristanlıqla bağlı CƏRİMƏLƏR: BUNU ETSƏNİZ…

18/09/2026 12:52
951
İlk sərhəd qoşunları komandanı İsgəndər Allahverdiyev VƏFAT ETDİ
CƏMİYYƏT

İlk sərhəd qoşunları komandanı İsgəndər Allahverdiyev VƏFAT ETDİ

18/09/2026 11:39
953
Nigar Fərhad haqda – Qərar
CƏMİYYƏT

Nigar Fərhad haqda – Qərar

18/09/2026 11:33
953
Zaur Mikayılov onlara yüksək vəzifə verdi
CƏMİYYƏT

Zaur Mikayılov onlara yüksək vəzifə verdi

18/09/2026 10:35
959
TƏCİLİ! DTX əməliyyat keçirdi – Xeyli sayda saxlanılan var
CƏMİYYƏT

TƏCİLİ! DTX əməliyyat keçirdi – Xeyli sayda saxlanılan var

18/09/2026 10:20
957
Bu İŞÇİLƏRƏ ƏLAVƏ PUL ÖDƏNİLƏCƏK – MÜHÜM XƏBƏR
CƏMİYYƏT

Bu İŞÇİLƏRƏ ƏLAVƏ PUL ÖDƏNİLƏCƏK – MÜHÜM XƏBƏR

18/09/2026 10:13
956

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers

SON XƏBƏRLƏR

Azərbaycanda Qəbiristanlıqla bağlı CƏRİMƏLƏR: BUNU ETSƏNİZ…

Azərbaycanda Qəbiristanlıqla bağlı CƏRİMƏLƏR: BUNU ETSƏNİZ…

18/09/2026 12:52
951
Bakıda MÜHÜM KONFRANS keçirildi

Bakıda MÜHÜM KONFRANS keçirildi

18/09/2026 12:42
951
Röyanın mavi lələkli libası

Röyanın mavi lələkli libası

18/09/2026 12:29
951
Türk dünyasının gənclərinə İlham Əliyevdən mühüm çağırış

Türk dünyasının gənclərinə İlham Əliyevdən mühüm çağırış

18/09/2026 12:24
951

ÖZƏL XƏBƏRLƏR

  • Özəl
Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

Məşhur aktyor həyat yoldaşı ilə qəzaya düşdü

18/09/2026 10:00
953

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

Qayqulu Ciftəli: Qərbi Azərbaycanın TARİXİ KƏNDİ

18/09/2026 08:17
955

Pəyhan: Qafanın qədim yurdu

Pəyhan: Qafanın qədim yurdu

17/09/2026 08:07
959

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

Cızıxlar kəndi: Ağbabanın unudulmayan qədim yurdu

16/09/2026 07:29
960

Kateqoriyalar

  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Welcome Back!

Sign In with Facebook
OR

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In
Nəticə tapılmadı
View All Result
  • Manşet
  • Siyasət
  • İqtisadiyyat
  • Dünya
  • Hadisə
  • Qarabağ
  • Elm və təhsil
  • Mədəniyyət
  • Hərbi
  • Haqqımızda
  • Peşə etikası
  • Media savadlılıq
  • Əlaqə

© 2025 Gündəm24- Bütün hüquqlar qorunur. Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.